Qeyri-adi sətəlcəm: baş pulmonoloq COVID-19 haqqında danışıb

© REUTERS / BENOIT TESSIERКабинет компьютерной томографии, фото из архива
Кабинет компьютерной томографии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pulmonoloqun sözlərinə görə, hazırda bəşəriyyət sətəlcəmin tamamilə asimptomatik formalarının inkişaf etməsi təhlükəsi ilə üzləşib.

BAKI, 24 aprel — Sputnik. Koronavirus qeyri-adi sətəlcəmə səbəb olur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Rossiyskaya Qazeta" nəşrinə müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Avdeyev bildirib. 

Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan
CƏMİYYƏT
COVID-19-un yayıldığı ölkələrə gedənlərə tövsiyə - Bunlara mütləq əməl edin!

"COVID-19-u olan xəstələrdə biz tamamilə müxtəlif klinik təzahürlərlə birgə ağciyərlərin zədələnməsinin ən müxtəlif dərəcələrini müşahidə edirik", - professor qeyd edib.

O, heç bir şikayəti, simptomları və xəstəlik əlamətləri olmayan, lakin laboratoriyada koronavirusu olduğu təsdiq edilmiş xəstələri buna misal gətirib.

"Nə hərarət, nə öskürək, nə də nəfəs darlığı olur. Lakin kompüter tomoqrafiyası pasiyentlərdə sətəlcəmin əlamətlərini aşkar edir", - pulmonoloq bildirib.

Avdeyev, həmçinin koronavirusun yayılma ocağı olan "Diamond Princess" kruiz layneri ilə bağlı hadisəni qeyd edib: "Laboratoriya tərəfindən koronavirusa yoluxduğu təsdiqlənmiş sərnişinlərin 73 faizinin tamamilə heç bir simptomu olmayıb. Kompüter tomoqrafiyası həmin asimptomatik xəstələrin ağciyərlərində dəyişikliklər olduğunu göstərib ki, bu da sətəlcəmin olmasını təsdiq edir. Bu, xəstələrin 54 faizində, yəni onların böyük əksəriyyətində aşkar edilib".

Pulmonoloqun sözlərinə görə, bu onu göstərir ki, hazırda bəşəriyyət sətəlcəmin tamamilə asimptomatik formalarının inkişaf etməsi təhlükəsi ilə üzləşib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. Son məlumatlara görə, dünyada artıq 2,47 milyondan çox yoluxma faktı qeydə alınıb, 169 mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0