CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-un yayıldığı ölkələrə gedənlərə tövsiyə - Bunlara mütləq əməl edin!

© AP Photo / Mahmoud IlleanСитуация в связи с эпидемиологической обстановкой в Израиле
Ситуация в связи с эпидемиологической обстановкой в Израиле - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək xəstə sayı və ya xəstəlik hallarının sürətli artımı qeydə alınan ölkələrə səyahət, mümkündürsə, təxirə salınmalıdır

BAKI, 24 aprel - Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən xəstəlik halının təyin olunduğu ölkələrə gedəcək şəxslərin nə etməli olduğu açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb. Rəhbərlikdə qeyd olunur ki, yüksək xəstə sayı və ya xəstəlik hallarının sürətli artımı qeydə alınan ölkələrə səyahət, mümkündürsə təxirə salınmalıdır, məcburiyyət olduqda isə səfər planlaşdıranlara aşağıdakı tədbirlərin tətbiqi tövsiyə olunur.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Koronavirus bitməyəcək və ən azı bir il bizlə birgə olacaq" - ÜST rəsmisi

- Xəstə insanlarla təmasdan çəkinmək lazımdır (mümkündürsə, ən azı 1 m məsafə saxlanılmalı).

- Çox sayda xəstələrin olması səbəbi ilə, mümkündürsə, tibb müəssisələrinə baş çəkilməməli, bu müəssisələrə getməyin lazım olduğu hallarda isə digər xəstələrlə təmas minimuma endirilməlidir.

- Qida təhlükəsizliyi tövsiyələrinə (məsələn, çiy süd və heyvan mənşəli məhsullardan istifadə etməmək, çiy şəkildə istifadə olunan tərəvəz və meyvələri yaxşı yumaq) diqqət yetirilməlidir.

- Yabanı və ev heyvanları ilə (canlı və ya ölü) təmasdan çəkinmək lazımdır.

- Əl gigiyenasına diqqət yetirilməli, əllər müntəzəm olaraq təmizlənməlidir. Əllər ən azı 20 saniyə müddətində sabun və su ilə yuyulmalı, sabun və su olmadıqda isə əl üçün nəzərdə tutulmuş spirt əsaslı antiseptiklərdən istifadə edilməlidir. Antiseptik tərkibli sabunun istifadəsinə ehtiyac yoxdur, normal sabunun istifadəsi kifayətdir.

- Öskürmə və ya asqırma zamanı burun və ağızın birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfet ilə örtülməsi, kağız salfetin olmadığı hallarda isə dirsək bükümü nahiyəsi ilə örtülməsi lazımdır.

- Xüsusən tənəffüs sistemi tərəfindən əlamətlərin (qızdırma, burun axması, burun tıxanıqlığı, asqırma, öskürək, boğaz ağrısı kimi) müşahidə olunduğu təqdirdə yuxarıda göstərilən tədbirlərin tətbiqinə fikir verilməsi, əllərin tez-tez yuyulması, mümkündürsə, insanların çox olduğu yerlərə girilməməsi, öskürək zamanı və asqırarkən ağız və burunun bağlanılması, imkan varsa tibbi maskalardan istifadə edilməsi tövsiyə olunur.

Xəbər lenti
0