CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc aktrisa Səbinə Məmmədova: "Sən demə, rejissor mənə təxribat hazırlayıbmış"

© Sputnik / Irade JELILSəbinə Məmmədova
Səbinə Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
"Müəllim bizə öyrətmişdi ki, teatra qulaqla baxın, dinləyin. O zaman nəyin düz, nəyin səhv olduğunu daha yaxşı biləcəksiniz. Mən də ancaq daşa-divarlara baxırdım"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Son dövrlər Azərbaycan kino və teatr sahəsində yeni simalar görünməkdədir. Onlardan biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovadır. Gənc aktrisa Bakı Xoreoqrafiya məktəbində təhsil alsa da, sonralar teatra bağlılıq onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə aparır. 2013-cü ildə “dram rejissorluğu” fakültəsini fərqlənmə diplomu ilə bitirən Səbinə xanım elə həmin vaxtdan Gənc Tamaşaçılar Teatrının aktrisası olmağa qərar verir. Burada müxtəlif səpkili obrazlar yaradan gənc aktrisa eyni zamanda bir neçə serialda özünü sınayıb. Sputnik Azərbaycan Səbinə Məmmədova ilə həmsöhbət olub.

- Səbinə xanım, necə oldu ki, xoreoqrafiyadan sonra İncəsənət Universitetinə üz tutdunuz. Özü də dram rejissorluğuna?

- Bildiyiniz kimi, xoreoqrafiya elə incəsənət meyarlı məktəbdir. Buranı bitirib başqa yerlərə də getmək imkanım var idi, çünki yaxşı oxuyurdum dərslərimi. Hər şeydən əvvəl anam mənim  Azərbaycan Dillər Universitetində fransız dili təhsili almağımı arzulayırdı. Biz ikinci kursda oxuyanda fransız dilindən imtahan vermişdik və yaxşı nəticə almışdım. Baletin sözləri fransızca olduğu üçün biz xarici dil kimi fransız dili keçirdik. Amma atamla da bir az söhbət elədik və o dedi ki, sən başqa sahəyə getsən, uğur tapmayacaqsan. Sən incəsənət üçün doğulmusan, bu sahədə daha çox özünü inkişaf etdirə bilərsən. Amma rəqsə davam etmədim. 

На одной из улиц в Баку, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Karantinin üzə çıxardığı həqiqətlər: Biz hələ çox şeyi kəşf edəcəyik
Onlar düşünürdülər ki, sənədlərimi xoreoqrafiya bölməsinə verəcəm, lakin mən İncəsənət Universitetinin rejissorluq fakültəsini seçdim. 2009-2013-cü illərdə orada oxudum. Rejissorluq üzrə birinci kursda mənə ilk olaraq Azərpaşa Nemətov və Ramiz Əzizbəyli dərs dedilər, lakin sonradan Bəhram Osmanovun tələbəsi oldum. İkinci kursa qədər ora-bura gedirdim, lakin sonra tam qərar verdim ki, mən dram rejissorluğunu istəyirəm. Bəhram Osmanovdan çox şey öyrəndik. Teatr mənim üçün doğrudan da böyük yer olsa da, düşünmürdüm ki, aktrisa olacam. Biz xoreoqrafiyada oxuyanda hər il 3-cü kurslar ilin axırında hesabat konsertləri verirdi və mən milli rəqsləri keçəndən sonra bu konsertlərdə iştirak etməyə başladım. Opera və Balet Teatrı mənim üçün ən möhtəşəm, ən qədim bir teatr səhnəsidir. Düzdür, biz teatrın, baletin tarixi dərslərini keçirdik, amma teatra aid heç nə öyrədilmirdi, çünki biz ancaq rəqslər öyrənirdik. Teatrda məşqlərə gedib baxırdıq və müəllim bizə öyrətmişdi ki, teatra qulaqla baxın, dinləyin. O zaman nəyin düz, nəyin səhv olduğunu daha yaxşı biləcəksiniz. Mən də ancaq daşa-divarlara baxırdım.

Teatrdan çox qorxurdum, çünki bütün enerjini oraya verməlisən. Fikrimdə rejissor olmaq idi və hətta bir filmdə ikinci rejissor kimi fəaliyyət göstərdim. Tələbə vaxtı bir çox  seriallarda  və filmlərdə rol alsam da, aktrisalıq mənə çatmırdı.

- Rejissorluqdan aktyorluğa keçən ilk dəfədir, görürəm, həmişə əksinə olub.

- Mən xoreoqrafiyada aktryorluq dərsləri keçmişəm, Züleyxa Nəcəfzadənin tələbəsi olmuşam. O, mənə həmişə deyirdi ki, sən aktyor olacaqsan, amma mən istəmirəm, sən aktyor olasan. Bilmirəm, niyə elə deyirdi...

Universitetdə kurs işlərində iştirak elədim, rəqs müəllimi işlədim və 2012-ci ildə serial barədə cənab prezidentin qərarı ilə, seriallar çəkilməyə başladı, maliyyə ayrıldı. "Bir ovuc torpaq" serialında məni əsas qəhrəman seçdilər. Baxanlar hamısı bəyənirdi, amma mənə yenə çatmırdı. Sonra bir çox səhnələrdə rol aldım. Bir müddət sonra Pərviz Məmmədrzayevin rəhbərliyi altında "Simsar" teatr studiyası yaradıldı. Universitetdə mənə yaxınlaşdı və dedi ki, qızım, sənin plastikan yaxşıdır, bir tamaşada istəyirəm, sən də olasan. Beləcə, ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində libertanqo tamaşasında çıxışım oldu. Premyerada oğru qız rolunu oynadım. İki ilə qədər teatrda qaldım, amma hiss edirdim ki, nəsə çatmır. Ona görə də öz istəyimlə oradan ayrıldım. Sonra qərar verdim ki, nə seriallara çəkiləcəm, nə də digər rollara, öz rejissorluğumu davam etdirəcəm.

Народный артист Азербайджана Юсиф Эйвазов вместе со своей супругой – народной артисткой России Анной Нетребко - Sputnik Azərbaycan
Azərbaycanın Xalq artisti xanımı ilə birlikdə avstriyalı fanatlarını əyləndirdi

Bir gün səhər saat 8-də bir filmin çəkilişi ilə bağlı Gənc Tamaşaçılar Teatrının qarşısına getdim. Təsadüfdən, müəllimim Bəhram Osmanov da orada idi. Məni görən kimi dedi: "Səbinə, sənsən? Harada itib-batmısan, yoxsan nə vaxtdır". Daha sonra söylədi ki, anana de, gəlsin, onunla danışaq. Anam Bəhram müəllimlə söhbətdən sonra mənə dedi ki, vəssalam, yığışırsan buraya və gözəl bir sənətlə məşğul olmağa başlayırsan. İlk dəfə "Hasarın o üzü" tamaşasında Nurəddin Mehdixanlı ilə bir səhnədə rol aldım. Bəxtim də onda gətirdi ki, tərəf-müqabillərim Həmidə Ömərova, Nurəddin Mehdixanlı oldu. Daha sonra teatrda balerina kimi çıxırdım səhnəyə. Bütün məsuliyyətimlə bu sənətlə məşğul olmağa başladım.

- "Qanun naminə" serialında ikinci rejissor kimi fəaliyyət göstərmisiniz. Niyə bu layihə davam etmədi?

- Çox çətin bir layihə idi, bu mənim rejissor kimi ikinci işim idi. Mən oraya əslində aktyor kimi getmişdim, rejissor mənə dedi ki, işləyərsən mənimlə, bax, öyrən, rejissorluğu bitirmisən. Sən demə, rejissor mənə təxribat hazırlayıbmış ki, məni 1 aya öyrədəcəklər və ikinci rejissor kimi işləyəcəm (gülür). Səhər saat səkkizdən gecə ikiyəcən orada olurdum, çox çətin layihə idi.

- Bu yaxınlarda xanım həmkarınız kastinqlərin düzgün aparılmamasından şikayət etmişdi. Sizin fikrinizcə necədir, ümumiyyətlə, sizi axrıncı dəfə nə vaxt çağırıb şəklinizi çəkiblər?

- Elə kastlar var ki, mən oraya getmirəm. Elə layihələr var ki, ayıbdır oraya getmək. Sonuncu dəfə getdim, olmadı. Ümumiyyətlə, çox kastlara çalışıram getməyim. Kinostudiyanın aktyor seçimi olanda uça-uça gedirəm.

- Teatrda vəziyyət necədir?

- Karantindən öncə çox yaxşı idi. Dayanmadan işləyirdik. Nə qədər aktyor varsa, hamısı yüklü idi. Bizdə, bilirsiniz ki, həm də uşaq tamaşaları da olur. 2019-cu ilin sonunda Vaqif  Əsədovun quruluşunda Cəfər Cabbarlının yubileyinə həsr olunmuş  "Oqtay Eloğlu" tamaşasını təhvil verdik. Maraqlı bir iş sərgilədik, yaxşı da qarşılandı. Bu yaxınlarda Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı "Dəli yığıncağı" tamaşası təhvil verildi, uşaqlar üçün "Şən elf" tamaşamız oldu. Anşlaqla qarşılandı.

- Planda nələr var?

Günel İmanova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Gənc aktrisa: "Biz hələ də qaynana-gəlin problemləri üzərindən iş görürük"

- Karantindən sonra Baxış festivalına hazırlıq başlayacaq. Bayronun "İblis" əsərinə quruluş vermək istəyirəm. Rejissor kimi özümü təsdiqləmək üçün bu, ikinci sınaqdır, yaxşı imkandır. Ona görə də mən fürsətdən istifadə edib, məhz Azərpaşa müəllimə, Bəhram müəllimə çox sağ olun demək istəyirəm ki, gənclərə belə fürsət yaradıblar. Biz adətən Teatr Xadimləri İttifaqında məşq edirdik, aktyor çağırır, tamaşa təhvil verirdik. İşlər görür, boş dayanmırdıq.

- Serial sahəsində yeniliklər var?

- Müxtəlif obrazlarda rollar olur, bu il də ARB-də serialımız var.

- Bu yaxınlarda festivaldan qayıtmısınız. İlk dəfə idi iştirak edirdiniz?

- Müxtəlif festivallarda olmuşam. Orenburqda, Qazaxıstanda. "Xeyir və Şər" tamaşası ilə Yunanıstanda festivalda iştirak etmişik. Orada şah qızı rolunu oynayırdım. "Mən öləndə ağlama" tamaşamız ikinci ölkə idi, nümayiş olunurdu. İrandan, Türkiyədən, Gürcüstandan, Niderlanddan müxtəlif teatrlar qatılmışdılar. Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Gənclərə hər zaman şərait yaradırlar. Mono-tamaşamız üçün çox böyük uğurlarımız olub.

- Səbinə xanım, söhbətiniz üçün təşəkkür edirik. Sizə bu sənətdə uğurlar arzulayırıq!

- Öz növbəmdə mən də sizə təşəkkür edirəm. Gənc aktrisaya diqqət ayırdığınız üçün minnətdaram.

Xəbər lenti
0