CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tamaşaçısız olmaz! - Məşhur əyləncənin təşkilatçıları Bakıda yayı gözləyirlər

© Sputnik / Murad OrujovВторой день Гран при Азербайджана Формула 1
Второй день Гран при Азербайджана Формула 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Qran-Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula 1 komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

BAKI, 24 aprel — Sputnik. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan builki Azərbaycan Qran-Prisi ilə bağlı son vəziyyətə aydınlıq gətirmək istəyib.

Маурицио Арривабене, фото из архива - Sputnik Azərbaycan
"Ferrari"nin eks-şefi indi təcili yardım maşını sürür

Sputnik Azərbaycan-a qurumdan verilən məlumata görə, builki çempionatın ilkin yarış təqvimində iyunun ilk həftəsində keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran Prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilmişdi.

Hazırda Formula 1 Dünya Çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat şirkəti bütün işçilərlə, azarkeşlərlə və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək Formula 1-in Bakı yarışı üçün dəqiq tarixinin elan edilməsi mümkün olmayacaq.

Azərbaycan Qran Prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda Formula 1 komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.

Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə Formula 1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.

Qeyd edək ki, Formula 1-in Bakı yarışı paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trasının qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran Prisinin yeni tarixi barədə yekun qərarın iyul ayının ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.

Xəbər lenti
0