CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin milli dəyərləri gücləndirir: yardım bir mərhələylə bitməyəcək

Abunə olmaq
Ölkədə xüsusi karantin rejimi davam edir və Lənkəranda bir qrup gənc imkansız ailələrə yardım etmək üçün “Əl-ələ birlikdə” xeyriyyə layihəsinə start vermək qərarına gəlib. Daha ətraflı videomuzda izləyin.

Ölkədə koronavirusa qarşı tətbiq edilən xüsusi karantin rejiminin başlaması ilə cəmiyyətin ən həssas təbəqəsi olan aztəminatlı, işsiz, çoxuşaqlı bir çox ailə çətin vəziyyətdə qalıb. Buna görə də bütün ölkə əlbir olub bir çox rayonda xeyriyyə aksiyalarına start verib.

Azərbaycanlılar üçün “Dəstək Qutusu”: Koronavirus vaxtında dostlardan kömək  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanlılar üçün “Dəstək Qutusu”: Koronavirus vaxtında dostlardan kömək

Lənkəranlı bir qrup gənc də biganə qala bilməyib və “Əl-ələ birlikdə” sosial layihəsinə start verib. Layihənin rəhbəri Cabir Baxşıyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, xeyriyyə aksiyasına aprelin dördündə start verilib.

“İlkin olaraq məqsədimiz sadəcə öz dostlarımız arasında kiçik məbləğlər toplayaraq imkansız və aztəminatlı ailələrə yardım etmək idi. Amma sonra gənclər arasında marağın artdığını gördük və layihəni böyütməyə qərara aldıq. Bank hesabı açdıq və çox qısa müddətdə 1300 manata yaxın pul yardımı aldıq. Layihənin birinci mərhələsini aprelin 15-də bitirdik”, - deyə o bizimlə bölüşüb.

Bu müddət ərzində layihəyə həm də üç baş qoyun hədiyyə edilib. Onlar kəsilərək ərzaq yardımı ilə bərabər ailələrə aparılıb.

Yardım əlini uzadaq: Bu cür şəraitdə onların bizə daha çox ehtiyacı var>>

Baxşıyevin sözlərinə görə, kömək üçün müraciətlərin sayı gün keçdikcə artır, buna görə də əlavə vəsaitin yığılması üçün layihəyə fasilə verilib. Komanda xeyriyyə işlərini bir mərhələylə bitirmək fikrində deyil.

Xəbər lenti
0