04:54 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik. Leyla Abdullayeva / Leyla Orucova

Koronavirusdan ən çox əziyyət çəkən şəxslər məhz bölgələrimizdə yaşayan tənha yaşlılardır. Sputnik Azərbaycan-ın əməkdaşı Siyəzənin Böyük Həmyə kəndində yaşayan əlil və yaşlı xanıma baş çəkib, ona ərzaqla yardım edib. Daha ətraflı videomuzda izləyin.

Siyəzənin Böyük Həmyə kəndində yaşayan Gülsevər Xəlfəyeva artıq 6 ildir tənha yaşayır. Həm də ikinci qrup əlil olduğuna görə o, ağır işlər görə bilmir. Çiy kərpicdən tikilən yarıuçuq evində dövlətin ona verdiyi pensiya və kənd camaatının yardımı hesabına yaşayır.

Sputnik Azərbaycan-ın əməkdaşı ona karantin dövründə evdən çıxmaması üçün yardım etmək qərarına gəlib. Onu bir həftəlik ərzaq məhsulları və ən zəruri tibbi avadanlıqla təchiz edib.

Gülsevər xanım telefondan istifadə edə bilmədiyinə görə 142 çağrı mərkəzinə müraciət edə bilmir və tənha yaşadığına görə həftədə bir neçə dəfə ərzaq dalınca evdən çıxmalı olur.

Sonda isə onu bu gündə tək qoymadığımıza görə Sputnik Azərbaycan-a öz təşəkkürünü bildirib.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (145)

Digər videolar

Əsas mövzular