ABŞ koronavirusun mənşəyi haqqında danışdı – Genetik ardıcıllıq...

© REUTERS / NIAID-IRFColorized scanning electron micrograph of a VERO E6 cell (blue) heavily infected with SARS-COV-2 virus particles (orange), also known as novel coronavirus, isolated from a patient sample. Image captured and color-enhanced at the NIAID Integrated Research Facility (IRF) in Fort Detrick, Maryland
Colorized scanning electron micrograph of a VERO E6 cell (blue) heavily infected with SARS-COV-2 virus particles (orange), also known as novel coronavirus, isolated from a patient sample. Image captured and color-enhanced at the NIAID Integrated Research Facility (IRF) in Fort Detrick, Maryland - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Müdafiə Nazirliyi də koronavirusun laboratoriyada hazırlana biləcəyinə dair şübhələr ifadə edib.

BAKI, 23 aprel — Sputnik. ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunda koronavirusun süni mənşəli olduğuna dair sübutlar yoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə büronun rəhbəri, dövlət katibinin köməkçisi Ellen Makkarti bildirib.

Şirvan Milli Parkı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Virus doğrudan da “kömək” edirmiş – Azərbaycanda da hiss olundu

"Bütün dünya üzrə alimlər koronavirusun genetik ardıcıllığını öyrəniblər... Onun layihələndirilməsinə və ya hər hansı bir şəkildə yaradıldığına dair heç bir dəlil yoxdur", – Makkarti deyib.

Bəyanat "Kəşfiyyat və Milli Təhlükəsizlik Alyansı" qeyri-hökumət təşkilatının vebinarı zamanı səsləndirilib.

ABŞ Müdafiə Nazirliyi də koronavirusun laboratoriyada hazırlana biləcəyinə dair şübhələr ifadə edib. ABŞ Silahlı Qüvvələri Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Mark Milli bəyan edib ki, qurum yeni koronavirusun təbii mənşəyinin olması haqqında versiyaya inanır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusun yayılmasını pandemiya elan edib. Son məlumatlara görə, dünyada artıq 2,47 milyondan çox yoluxma faktı qeydə alınıb, 169 mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0