SSRİ bu planetə də adam göndərmək istəyirmiş

© © Xinhua via APКитайская ракета на Марсе
Китайская ракета на Марсе - Sputnik Azərbaycan
Abunə olmaq
Sovet alimləri Veneraya insan göndərmək istəyiblər, lakin orada uyğun şərtlərin olmadığını görəndə bu fikirdən daşınıblar.

 

BAKI, 23 aprel - Sputnik. Sovet alimləri Veneraya insan göndərmək istəyiblər, lakin orada uyğun şərtlərin olmadığını görəndə bu fikirdən daşınıblar. Bu fikirləri RİA Novosti-yə müsahibəsində Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun İnsanın ekstremal şəraitdə fiziologiyası şöbəsinin müdiri, tibb elmləri doktoru, Tsiolkovski adına Rusiya Kosmonavtika Akademiyasının akademiki Aleksandr Suvorov işlədib.

Космос, фото из архива - Sputnik Azərbaycan
Göydəndüşmə olacaq: Ay resursları bizə kömək edə bilərmi?

"Hiperbolik fiziologiya və tibb ayrıca sahədir. Bu sahə institutumuzda kosmik tibb yaranarkən Sergey Pavloviç Korolyovun Marsdan əlavə, Veneraya uçuşu da nəzərdən keçirməsinin sayəsində inkişaf etməyə başlayıb", - alim deyib.

O vaxt artıq Veneranın nəfəs almaq üçün yararsız olan atmosferə malik olduğu, planetin səthində təzyiqin 96 atmosfer olması məlum imiş. Bu cür təzyiq 1000 metr suyun dərinliyindəki təzyiqə bərabərdir. Belə təzyiqdə işləmək imkanını yoxlamaq üçün Tibbi-Bioloji Problemlər İnstitutu SSRİ EA-nın Okeanologiya İnstitutu ilə birgə 1981-ci ildə barokamera ilə suyun dibinə enmə sınaqlarını təşkil edib. "Nəticədə biz, demək olar ki, sübut etdik ki, 1000 metr dərinlikdə insan işləyə bilər", - Suvorov bildirib.

Belə şəraitdə nəfəs almaq çətinləşir, təngnəfəslik əmələ gəlir, lakin orta səviyyəli fiziki işlər görülə bilər.

Lakin avtomatik stansiyalar Veneraya uçandan sonra məlum olub ki, orada karbon atmosferidir, çox yüksək temperatur var və beləliklə, oraya insan göndərmək ideyası getdikcə ölüb. "Lakin fakt ondan ibarətdir ki, nəzəri cəhətdən insan Veneraya enə, skafandr geyinərək onun səthinə çıxa bilər. Əgər biz 1000 metr dərinliyə enə biliriksə, demək, tədricən Veneranın səthinə də çıxa bilərik", - alim bildirib.

İlk olaraq Veneraya 1967-ci ildə SSRİ-nin “Venera-4” stansiyası çatıb, lakin planetin səthinə 1970-ci ildə “Venera-7” enə bilib. Stansiya planetdə 90 atmosferlik təzyiq və 475 dərəcə isti qeydə alıb.

 

Xəbər lenti
0