Göydəndüşmə olacaq: Ay resursları bizə kömək edə bilərmi?

Abunə olmaq
Yer üzündə nadir və çox qiymətli resurslar bitsə, və ya onları çıxarmaq daha da çətinləşsə, nə edəcəyik? Astronomların cavabı belədir: dərin qazmaq lazım deyil, problemin həlli Ayın səthindədir.

BAKI, 18 aprel — Mariya Merkulova, Sputnik. Yer üzündə həm nadir, həm də çətin hasil edilən resurslar var. Amma hərdən elə olur ki, biri o birinə çevrilir. Məsələn, Yerdə sənaye üçün – adi smartfonların və ya mürəkkəb kosmik aparatların istehsalında çox vacib olan platin və iridium azdır. Ayda isə bu metallardan kifayət qədər var. Bunu Moskva Dövlət Universitetinin P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunun alimləri deyirlər. 

Космическая миссия Аполлон-11 - Американский астронавт Базз Олдрин проводит эксперименты на поверхности Луны на снимке, сделанном Нилом Армстронгом после того, как оба спустились по лестнице лунного модуля Орел - Sputnik Azərbaycan
"NASA" rəhbəri "Ay proqramı"nın ləğvi səbəblərindən danışdı
Bəs bu elementlərin Ayda əldə edilməsi onları, yumşaq desək, çətin hasil edilən resurs etmirmi? Hər halda, hələ ki, Yerin təbii peykinə uçuşları adi bir səyahət adlandırmaq olmaz. Düzdür, bu, tezliklə dəyişə bilər: bir çox ölkələr, xüsusilə də Rusiya (2021-ci ilin oktyabrında) Aya uçuşlar hazırlayır.

Astronomlar, öz növbəsində, iddia edirlər ki, insanlar Ayın resurslarını mövcud texnologiyaların köməyi ilə hasil edə bilərlər. Orada heç dərin qazmaq da lazım deyil, guya hər şey demək olar ki, Ayın səthindədir.

Planetimizdə zəruri resurslar bitsə və onlara əvəz tapılmasa, hara gedəcəyik? Əlbəttə ki, Aya. Digər tərəfdən Yerə Aydan da yaxın – düz planetimizin orbitinin yanında uçan asteroidlərdə də resurs yataqları var. Belə səma cismlərindən bir neçə mini insanlar üçün tamamilə əlçatandır. Doğrudur, onların üzərindəki resurslar bir qədər fərqlidir: dəmir, nikel, maqnezium, alüminium. Bunlar da faydalı metallardır, amma hələ ki, onları əldə etmək üçün uzağa getməyə ehtiyac yoxdur.

Lakin, həm Ayda, həm də asteroidlərdə resurs hasil etməyin ən böyük problemi nə qət edilməli olan məsafə, nə də hasilatın bahalı olmasıdır. Ən böyük problem radiasiyadır. Bütün hasilat prosesi nə qədər avtomatlaşdırılmış olsa da, ona yerində bir neçə insan nəzarət etməlidir. Onları lazım olan hər şeylə təmin etmək və radiasiyadan qorunmaq lazımdır. Bu isə hələ ki, problemli məsələdir.

Kosmik obyektlərdə faydalı resursların hasilatı ideyası yeni olmasa da, hələ də fantastik səslənir. Buna baxmayaraq, planetlərarası vakuumda özünə isti yer axtaran bir çox ölkə var. Bu işdə ABŞ hamını qabaqlamaq istəyir. Bu yaxınlarda Donald Tramp amerikalıların kosmik resursları hasil etmək hüququna dair fərman imzalayıb. Lakin mövcud beynəlxalq razılaşmaya görə, ölkələr Ayı və digər göy cisimlərini mənimsəyə bilməzlər. Bəs bu, planetdənkənar resursların özəlləşdirilməsinə də aiddirmi? Məsələ hələ ki, açıq qalır.

Xəbər lenti
0