Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nə “halva, halva” deyəndə ağız şirin olmur, nə də “neft, neft” deyəndə benzin ucuzlaşmır

© Sputnik / Murad OrujovБакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева
Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı Natiq Cəfərli bildirir ki, ölkənin gəlirlərinin ciddi şəkildə aşağı düşdüyü indiki durumda məhz yanacaqla bağlı qərarın veriləcəyi ehtimalı çox aşağıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Dünya neft istehsalçılarının iki gün öncə neftin qiyməti ilə bağlı vacib razılaşma əldə etmələrinə baxmayaraq, “qara qızılın” qiyməti hələ də aşağı səviyyədə qalmaqda davam edir. Bir çox iqtisadi ekspertlər də neft məhsullarının qiymətinin stabilləşməsi üçün uzun müddət tələb olunduğunu bildirirlər.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft razılaşmasının şərtləri açıqlandı: Azərbaycan...

Buna, bir tərəfdən koronavirusla bağlı iqtisadi aktivliyin zəifləməsi səbəb olub. Çünki dünyanı ağuşuna alan pandemiyaya görə avtomobillərdən istifadə ciddi şəkildə (bəzi məlumatlara əsasən təxminən 80 faizə qədər) aşağı düşüb, dünya aviasiyasının 70 faizindən çoxu durğunluq dövrünü yaşayır.

Digər tərəfdən, neftə tələb aşağı düşdüyündən, bütün dünyadakı neft anbarları da dolub. Bəzi ölkələr neftin qiymətinin aşağı olmasından istifadə edərək, mümkün olan bütün sisternləri, tankerləri belə, neftlə doldurublar.

Bəs tələbin təklifi dəfələrlə üstələdiyi, neftin qiymətinin isə ucuz olmaqda davam etdiyi bir zamanda Azərbaycanda avtomobil yanacağının qiyməti ucuzlaşa bilərmi?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə benzin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. Və dövlət tərəfindən tənzimləndiyinə görə bazarda gedən proseslər birbaşa olaraq qiymətlərə təsir etmir: "Ancaq Tarif Şurası qiymətlərlə bağlı qərar verə bilər. Təəssüf ki, Azərbaycanda çox zaman qiymətlərin artması ilə bağlı qərarlar qəbul edilir. Tarif Şurasının məhz yanacaq qiymətlərinin düşməsi ilə bağlı qərarı heç vaxt olmayıb".

İqtisadçının sözlərinə görə, hazırda istehlak azalıb, demək olar ki, şəhərdə avtomobillər yoxdur. Bütün Azərbaycanda karantin rejimidir. Bütün dünyada da eyni proses gedir. Yanacağı ixrac etmək istəsək də, qonşu ölkələrə ixrac etməliyik.

"Amma qonşu ölkələrdə də eyni situasiyadır, karantin rejimidir. Onlarda da istehlak düşüb. Ona görə, yanacağın ixracı ilə bağlı da ciddi problemlər yaşana bilər. Dünyadakı neft qiymətlərinə nəzər salsaq, istehlakın azaldığı, təklifin artdığı bir dönəmdə, məntiq ilə təbii ki, 92 markalı yanacaq ilə dizel yanacağının qiymətində ucuzlaşma olmalıdır. Amma düşünmürəm ki, belə bir addımın atılması ilə bağlı qərar qəbul olunsun", – deyə N.Cəfərli bildirib.

Мужчина перед графти с нефтяной качалкой, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Bazarı birlikdə xilas edək: ABŞ neft hasilatını azaldır

Ekspert etiraf edir ki, bu aralar dövlətin sosial xərcləri kifayət qədər yüksəlib. Son tədbirlər planı ilə bağlı olaraq 2,5 milyard manat əlavə vəsaitə ehtiyac yaranıb. Bunda görə də, ölkənin gəlirlərinin ciddi şəkildə aşağı düşdüyü indiki durumda məhz yanacaqla bağlı qərarın veriləcəyi ehtimalı çox aşağıdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə martın 31-də bölgələrlə Bakı arasında olan nəqliyyat mübadiləsi dayandırılıb. Aprelin 5-dən isə ölkədə müəyyən istisnalar olmaqla nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Martın 14-dən Azərbaycan koronavirus təhlükəsi ilə əlaqədar olaraq xüsusi karantin rejimi elan edilib.

Xəbər lenti
0