Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Hər birimizi sevindirəcək bir ilkə imza atılır - Ən yaxşıların cərgəsinə qoşuluruq

© Photo : Courtesy of Jamshid QasimliTuran Qasımlı
Turan Qasımlı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda oğlumu məşhur futbolçu İsconun müəllimi Xuan Zafra Qutyerez çalışdırır. Hər şey yolunda gedərsə, Turan "Barselona"da oynayan ilk azərbaycanlı kimi tarixə düşəcək.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Dünyanın ən məşhur futbol klublarından olan İspaniyanın "Barselona" komandasında bir ilkə imza atıla bilər. Sözügedən futbol klubunda ilk dəfə olaraq azərbaycanlı futbolçu oynayacaq. "Barselona" futbol klubunda oynamaq şansı qazanan şəxs hazırda valideynləri ilə birlikdə İspaniyada yaşayan Turan Qasımlıdır.

© Photo : Courtesy of Jamshid QasimliTuran Qasımlı
Hər birimizi sevindirəcək bir ilkə imza atılır - Ən yaxşıların cərgəsinə qoşuluruq - Sputnik Azərbaycan
Turan Qasımlı

Sputnik Azərbaycan olaraq Turanın atası Cəmşid Qasımlı ilə əlaqə saxladıq. C.Qasımlı bildirdi ki, 10 yaşlı oğlu 5 yaşından karate idman növü ilə məşğul olub və 6 yaşında Azərbaycanda uşaqlar arasında keçirilən turnirdə ölkə çempionu adını qazanıb. Sonradan valideynləri ilə birlikdə İspaniyanın Malaga şəhərinə köçən Tural Qasımlı burada qısa müddət karete ilə məşğul olub. Lakin sonradan Tural öz istəyilə "Malaqa" klubunun uşaq futbol məktəbinə yazılıb və qısa müddətdə məşqçilərin diqqətini çəkib: "Buna səbəb Turanın solaxay olması, ancaq sol ayağı ilə də zərbələri dəqiq vura bilməsi, hər iki ayağını oyun zamanı aktiv işlədə bilməsi olub. Həmçinin Turalın sürətli qaçışı və qıvraq biləkləri, mükəmməl ara ötürmələri onu digər həmyaşıdlarından fərqləndirib.

© Photo : Courtesy of Jamshid QasimliTuran Qasımlı
Hər birimizi sevindirəcək bir ilkə imza atılır - Ən yaxşıların cərgəsinə qoşuluruq - Sputnik Azərbaycan
Turan Qasımlı

Turanın valideynləri deyir ki, 2018-2019-cu ilin sezonu la Liga Benjamin (junior) A komandasına yüksəlir və sezonun ikinci dövrəsində 7 nömrə formasını geyinərək komandanın dəyişilməz oyunçusuna çevrilir. İkinci dövrədə 15 oyunun hamısında start heyyətdə meydana çıxır. Orta sahə və ya sol qanadda oynamasına baxmayaraq, 14 qol 17 məhsuldar ötürməylə klub məşqçilərinin diqqətini bir az da üzərinə çəkir. Bununla yanaşı, o, öz klubunda ilin ən dəyərli oyunçusu seçilir. 2019-2020 sezonunun başlanğıcında İspaniyada xərçəng xəstələri olan qadınlar üçün yardım məqsədilə Qranada şəhərində xeyriyyə oyunu təşkil edilir və bu oyuna İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilir. Eyni zamanda həmyerlimiz Turan Qasımlı da həmin oyuna dəvət edilir. 25 nəfərdən ibarət 4 komandaya bölünərək 3 oyun keçirilir. Hər biri ayrı-ayrı komandalardan dəvət olunmasına rəğmən, Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 hesabı ilə qalib olur. Həmin oyunu izləməyə gələn ispan klubları Skaut komandalarının içində sözsüz ki, "Barselona" Skaut məşqçiləri də olur. Bundan sonra Turan artıq "Barselona"nın diqqətini üzərinə çəkmişdi.

© Photo : Courtesy of Jamshid QasimliTuran Qasımlı
Hər birimizi sevindirəcək bir ilkə imza atılır - Ən yaxşıların cərgəsinə qoşuluruq - Sputnik Azərbaycan
Turan Qasımlı

C.Qasımlı onu da bildirib ki, oğluna "Barselona"dan 6 illik müqavilə təklifi gəlib. "Barselona" Skaut komandasının üzvü Marko Turanın atasına telefonla zəng edərək onu istədiklərini deyiblər: "Hazırda oğlumu məşhur futbolçu İsconun müəllimi Xuan Zafra Qutyerez çalışdırır. Hər şey yolunda gedərsə, Turan "Barselona"da oynayan ilk azərbaycanlı kimi tarixə düşəcək".

Xəbər lenti
0