CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya daha heç zaman əvvəlki kimi olmayacaq – Addımbaşı sorğu-sual gəlir

© REUTERS / Inquam Photos / Octav GaneaПассажир с багажом в аэропорту, фото из архива
Пассажир с багажом в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizdən başqa ölkələrə səyahət edənlər yəqin ki, ödəniş edərək bu testdən keçib sənəd əldə etməli olacaqlar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Koronavirusun ən çox ziyan vurduğu sahələrdən biri də turizm olduğundan, bu sektorda artıq koronavirusdan sonrakı dövr üçün yeni təkliflər hazırlanır. Təkliflərdən biri də koronavirus pandemiyası bitdikdən sonra dünyanı gəzmək üçün turistlərin infeksiyaya yoluxmadığını sübut edən xüsusi sənədlərin tələb olunması ilə bağlıdır. Bu barədə "The Sun” yazıb.

Belə ki, Madrid Hitel Birliyi nə qonaqların, nə də işçilərin yoluxmadığına zəmanət verən "COVID 19 olmayan hotellər”in sertifikatını hazırlamaq imkanını nəzərdən keçirir. Ancaq hazırda belə bir sənədin praktik tətbiqi ilə bağlı heç bir fikir yoxdur.

Венеция во время карантина, фото из архива - Sputnik Azərbaycan
Turizm cənnəti cəhənnəmə dönüb – Xərclər 96 faiz azalıb

İngiltərədə isə koronavirusa antikorların olması barədə məlumat olan "immunitet toxunulmazlıq pasportu”nun istifadəsi müzakirə olunur. Bundan əlavə, bir sıra aviaşirkətlər və hotel şəbəkələri tərəfindən görülən bəzi tədbirlərin pandemiyadan sonra da davam edəcəyi proqnozlaşdırılır. Məsələn, "Emirates” hava yolu şirkəti bütün sərnişinlərdə on dəqiqə ərzində infeksiyanın mövcudluğunu aşkarlamaq üçün məcburi qan testini keçirməyə başlayıb.

Artıq bir çox ölkələrdə sağlamlıq sənədləri olmayan səyahətçilərin ölkəyə girişini məhdudlaşdıran təcrübə var. Yaponiya Turizm Tədqiqat Mərkəzinin Vakayama Universitetinin professoru Cozef Çir koronavirus pandemiyası bitdikdən sonra səyahətçilərin vərdişlərinin dəyişə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, səyahətə tələbatın azalması qısa müddətdə nəzərə çarpacaq, lakin daxili və ekoloji turizm müvəqqəti olaraq bundan faydalanacaq.

Aprel, gümüşü meşə, səssizlik - Azərbaycanın turizm cənnəti boşaldı

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu cür sənədlər Azərbaycanda da turizm sektorunda hazırlana bilər: “Koronavirusdan sonrakı dönəmdə xarici ölkələrə turist axınını izləmək sadəlövhlükdür. Belə tezliklə xarici səyahətlərin bərpa olunacağı mümkün olmayacaq. Xarici ölkələrə gedənlər əsasən iş adamları olacaq. Amma bununla belə, turizmdə sağlamlıqla bağlı müəyyən sənədlərin tələb olunacağı gözləniləndir. Çünki hər bir ölkə əhalisinin sağlamlığını qorumaq üçün ölkəsinə gələn turistin səhhəti ilə maraqlanacaq. Onun bu virusa yoluxub-yoluxmadığını təsdiqləyən sənəd tələb edəcək. Çox güman ki, bu virusa yoluxmuş turistlər risk qrupuna salınacaq. Çünki COVID-19 virusundan təkrar yoluxma halları ilə bağlı məlumatlar var. Ona görə də, turizm sektorunda bu kimi təhlükəsizlik məqsədli sənədlərin tətbiqi mümkündür. Güman edirəm ki, biz də bu cür təcrübədən yararlanacağıq. Nəzərə alaq ki, bizdə COVID-19 testi kütləvi aparılmır. O zaman ölkəmizdən başqa ölkələrə səyahət edənlər yəqin ki, ödəniş edərək bu testdən keçib sənəd əldə etməli olacaqlar".

Amma M. Ağakərimov hazırki dönəmdə əsas diqqəti daxili turizmin inkişafına yönəltməyi vacib hesab edir: “Koronavirus pandemiyası ən çox turizm sahəsinə zərər vurdu. Ona görə də, bu sahənin tezliklə dirçələcəyi gözlənilmir. Turizmdə hazırki görülməli olan iş daxili turizmi inkişaf etdirməkdir. Biz də digər ölkələr kimi bu yay xaricdən turist axını gözləməli deyilik. Bu il ancaq turizm daxili turistlər hesabına ayaqda qala bilər. Ona görə də, ucuz yerləşmə yerləri, azulduzlu otellər inşa etməliyik. Çalışmaq lazımdır ki, yaya qədər bu işlər görülüb qurtarsın”.

M. Ağakərimovun sözlərinə görə, turizm mövsümündə azərbaycanlı turistlərin ən çox üz tutduğu Gürcüstana da getməsi gözlənilmir: “Turistlərin çoxu koronavirusa görə bizə yaxın və sərfəli olan Gürcüstana getməkdən də imtina edəcəklər. Ona görə də, çalışmalıyıq ki, xaricə üz tutan daxili turistlərə sərfəli istirahət imkanları yaradaq”.

Ekspert bildirir ki, daxili turistləri qarşılamaq üçün otellər də COVID-19 la bağlı sertifikata malik olmalıdırlar: “Hazırda otellərin çoxunda COVID-19-a görə karantində saxlanılanlar var. Bu proses sona çatdıqdan sonra otellər dezinfeksiya olunmalı, COVID-19-a görə təhlükəsizlik sertifikatı almalıdırlar. Əks halda turistlərin otellərlə bağlı müəyyən narahatlıqları ortaya çıxacaq”.

Xəbər lenti
0