Turizm cənnəti cəhənnəmə dönüb – Xərclər 96 faiz azalıb

© REUTERS / MANUEL SILVESTRIВенеция во время карантина, фото из архива
Венеция во время карантина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatda 2020-ci ildə 3% azalma proqnozlaşdırıb. Bu isə 2009-cu ildəkindən daha güclüdür

BAKI, 18 aprel — Sputnik. Vaxtilə dünyada turistlərin ən çox səfər etdiyi olkələrdən biri olan İtaliyada koronavirus pandemiyasına görə turist xərcləri 96 faiz azalıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bütün Avropada xərclər 68,4 faiz aşağı düşüb.

Eyni zamanda Çindən gələn turistlərin xərcləri 84,6 faiz azalıb.

Bununla yanaşı koronavirusdan lüks brendlər də zərər görüb. Belə ki, burada satışlar 78 faiz azalıb.

Daha əvvəl isə Ümumdünya Turizm Təşkilatı turizmi epidemiya səbəbindən ən çox təsirlənən sahə adlandırmışdı. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatda 2020-ci ildə 3% azalma proqnozlaşdırıb. Bu isə 2009-cu ildəkindən daha güclüdür.

Xəbər lenti
0