CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi qulluqçuların tərxis edilməsinə başlandı

© AR Ministry of DefenseAzərbaycan Ordusunda futbol birinciliyi keçirilib
Azərbaycan Ordusunda futbol birinciliyi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır

BAKI, 20 aprel — Sputnik. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Военнослужащие ВС Азербайджана, участвующие в учениях - Sputnik Azərbaycan
Hərbi xidmətə çağırışla bağlı millət vəkilindən inqilabi təklif

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0