CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marta kimi 11 faiz azalma, sonra gediş-gəlişə tam qadağa

© State Border Service of Azerbaijan RepublicQırmızı körpü gömrük-keçid məntəqəsi
Qırmızı körpü gömrük-keçid məntəqəsi  - Sputnik Azərbaycan
Abunə olmaq
Təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 2,7 dəfə və ya 73 613 nəfər azalaraq 43 437 nəfər təşkil edib

BAKI, 20 aprel — Sputnik. 2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 10,5% və ya 30 712 nəfər azalaraq 262 190 nəfər təşkil edib.

Венеция во время карантина, фото из архива - Sputnik Azərbaycan
Turizm cənnəti cəhənnəmə dönüb – Xərclər 96 faiz azalıb

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının (GNTA) hesabatında məlumat verilib.

Azərbaycan yanvar-mart ayları ərzində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq Ermənistan (181,720) və Rusiya (172,123) qərarlaşıb.

Məlumata əsasən, təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 2,7 dəfə və ya 73 613 nəfər azalaraq 43 437 nəfər təşkil edib.

Xatırladaq ki, 2019-cu ilin martında Gürcüstana 117 050 Azərbaycan vətəndaşı səfər edib.

Ümumilikdə cari ilin birinci rübündə Gürcüstana səfərlər illik müqayisədə 17,6% və ya 284,459 nəfər azalaraq 1 333 089 nəfər təşkil edib.

Qeyd edək ki, mart ayının ortalarınadan etibarən koronavirus pandemiyası ilə əlaqədar iki ölkə arasında gediş-gəliş ümumiyyətlə dayandırılıb.

Xəbər lenti
0