İrana heç gözləmədiyi istiqamətdən yardım təklifi gəldi

© AP Photo / Vahid SalemiСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
M.C. Zərif BMT-nin Baş Katibi Antoniu Quterreşə müraciət edərək İranın koronavirusla mübarizədə əsas maneəsi kimi ABŞ-ın ölkəsinə olan sankskiyalarını göstərmiş, onların ləğv edilməsini tələb etmişdi

BAKI, 19 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp şənbə günü Ağ Evdə brifinq zamanı bildirib ki, İran istəsə, ABŞ ona ağciyərlərin süni havalandırılması (ASH) aparatları verməyə hazırdır.

“Mən, əgər istəyərlərsə, onlara kömək təklif etdim. Əgər onlara aparatlar lazımdırsa... mən onları oraya göndərə bilərəm. Bizdə minlərlə “boş” aparat olacaq, onlar da öz ehtiyatlarını (ASH aparatlarını) artıra, hospitallarını təmin edə bilərlər”, - Tramp deyib. 

Sputnik Azərbaycan bildirir ki, martın ortalarında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Twitter hesabında ölkəyə koronavirusla mübarizədə gərəkli olan vasitələrin adını açıqlamışdı: ən çox tələb olunan maska və birdəfəlik əlcəklərdir.

Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Zərif dünyaya yalvarır: “İrana qarşı dərman terrorizmini dayandırmağa kömək edin!”

Bundan öncə isə Zərif BMT-nin Baş Katibi Antoniu Quterreşə müraciət edərək İranın koronavirusla mübarizədə əsas maneəsi kimi ABŞ-ın ölkəsinə olan sankskiyalarını göstərmiş, onların ləğv edilməsini tələb etmişdi. İran həmçinin BVF-də 5 milyard dollar istəmişdi.

Zərifin Səhiyyə Nazirliyinin təqdimatıyla açıqladığı siyahıda İranın 172 milyon iki fərqli tipdə maskaya, 100 milyon birdəfəlik əlcəyə, 10 milyon fərdi müdafiə dəstinə (əlavə olaraq, cərrah əlcəkləri, üçqat maskalar, cərrah papaqları), eləcə də digər qoruyucu geyimə ehtiyacı olduğu bildirilirdi.

30 maddədən ibarət siyahıda həmçinin avadanlıqlar, o cümlədən 1000 ədəd ağciyərlərin süni havalandırılması aparatı, 100 ədəd orqanizmi oksigenlə invaziv təmin etmə aparatı, qeyri-invaziv havalandırma üçün maskalar və s. də yer alır. Bundan əlavə, İranın 3,2 milyon koronavirus testinə ehtiyacı olduğu bildirilir. 

Xəbər lenti
0