Zərif dünyaya yalvarır: “İrana qarşı dərman terrorizmini dayandırmağa kömək edin!”

© AFP 2023 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Cavad Zərif: İran virusla mübarizə üçün lazımi ehtiyatları və dərman vasitələrini sadəcə təmin edə bilməyən yeganə ölkədir

BAKI, 30 mart — Sputnik. Koronavirus pandemiyası birtərəfli qaydada məsuliyyətsiz siyasəti dayandıra bilməsə, dünya mənəvi dəyərlərin növbəti pozulmasının şahidi olacaq.

Sputnik Azərbaycan İran mənbələrinə istinadla xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Zərif "İnstagram" səhifəsində yazıb ki, o, bu dəfə təkcə öz ölkəsinin sərhədlərini və maraqlarını deyil, həm də insanlığı və yaşamaq hüququnu müdafiə edir.

Onun sözlərinə görə, bu günlərdə dünya ümumi çağırışla mübarizə aparır.

"Dünyanın səylərinin öz bəhrəsini verməsi və dünyanın normal həyatına qayıtması üçün biz bütün Yer planetinin döyüş cəbhəsi olduğuna inanmalıyıq. Əgər biz dünyanın hər hansı bir yerində qalib gəlməsək, bütün dünya məğlub olacaq”, – deyə Zərif yazıb. 

O qeyd edib ki, bütün dünya Uhanda da, Tehranda da, Milanda da, Madriddə də, Nyu-Yorkda da var gücü ilə səylərini birləşdirməyə borcludur.

İranın Xarici İşlər naziri koronavirusun (COVİD-19) yeni növünə qarşı mübarizəni insan kampaniyası adlandıraraq vurğulayıb ki, bu kampaniyanın pozulmasına yönəlmiş hər hansı addım  son dərəcə əxlaqsız və qeyri-insani olacaq.

Женщина проходит перед фреской, на которой изображен иранский национальный флаг, фото из архива - Sputnik Azərbaycan
İrana qarşı sanksiyalar ləğv edilsin! – Trampa basqılar getdikcə böyüyür

"İranın səhiyyə sistemi, vətəndaşları və hökuməti Avropa və ABŞ-da olduğu kimi, koronavirusla mübarizə aparır. Lakin sanksiyalarla xəstəliyin üst-üstə düşməsi iranlıların əziyyətini iki dəfə artırır və böhranın idarə olunmasında çətinliklər yaradır”, - deyə Zərif bildirib. 

"İran virusla mübarizə üçün lazımi ehtiyatları və dərman vasitələrini sadəcə təmin edə bilməyən yeganə ölkədir", - deyə o əlavə edib.

O bildirib ki, sanksiyaların "cinayətkar müharibəyə" gətirib çıxarmasına yol vermək olmaz.

Zərifin sözlərinə görə, bu, sanksiyalara meyllənmiş ən eybəcər hökumət obrazıdır və İrana qarşı mümkün maksimum təzyiq kampaniyasını canlandırmağa, ölkəni koronavirus alovu qarşısında zəiflətməyə hesablanıb.

Cavad Zərif həmçinin ölkəsinin koronavirusla bağlı üzləşdiyi fəlakəti ifadə etmək məqsədilə “Kommersant” qəzetinə məqalə yazıb. O xatırladıb ki, İranda virusa yoluxanların sayı 40 minə çatıb, 2,5 mindən çox adam ölüb. İran hökuməti günahın bir hissəsini ABŞ-ın boynuna qoyur ki, onun tətbiq etdiyi iqtisadi sanksiyaları zəiflətmək niyyətində olmaması koronavirusla mübarizədə rəsmi Tehranı çətin vəziyyətdə qoyub.

“Bu, humanitar fəlakətə gətirib çıxarır. Özü də bu, o vaxt baş verir ki, İran İslam Respublikası dünya birliyinin məsul üzvü olaraq öz vətəndaşlarını qorumaq üçün əlindən gələni edir. İran neft və qaz da daxil olmaqla, zəngin ehtiyatlara malik ölkə olsa da, Amerikanın sanksiyaları üzündən koronavirusdan zərər çəkmiş xalqa kömək üçün lazım olan maliyyə mənbələrinə malik deyil”, - Zərif yazıb.

İranda koronavirusa yoluxanların sayı 38 mini keçdi, Xatəmi də xəstədir>>

Nazirin sözlərinə görə, Amerikanın sərt sanksiyaları İranın iqtisadi mənbələrinə, o cümlədən neft ehtiyatlarına və özəl sektora təsir göstərir. Amerikanın maksimum təzyiq siyasəti İran ixracına mane olur, İranın sərəncamındakı investisiyalar üçün mənbələrin sayı getdikcə azalır:

“Sanksiyalar İran iqtisadi sisteminin əsas sahələrinə yönəlib və artıq İranın maliyyə mənbələrini və koronavirusa qarşı mübarizə imkanlarını məhdudlaşdırıb. İranın ən mühüm gəlir mənbəyi olan neft ixracı ABŞ sanksiyaları ucbatından ən aşağı səviyyəyə düşüb, neft qiymətlərinin çox aşağı düşməsi isə İranın maliyyə gücünü xeyli zəiflədib”.

Zərifin yazdığına görə, anti-İran sanksiyaları İran hökumətinə dərman və avadanlıqların alınmasını qadağan edir. İrana qarşı tətbiq edilən bank və maliyyə sektorlarında məhdudiyyətlər malların humanitar məqsədlər üçün alınmasına zərbə vurur.

“Müxtəlif ölkələrin bankları Amerikanın sanksiyaları ilə üzləşmək qorxusundan İranla əməliyyatlardan çəkinir. Avropa tibbi avadanlıq istehsalçıları Amerika təhdidlərinə görə İranla ticarət etmir və tibbi ləvazımatları satmırlar. Birləşmiş Ştatların sanksiyaları qanuni ticarətə şamil edilir. Bununla yanaşı, Amerika rəsmilərinin dərman, tibbi avadanlıq və humanitar məhsulların satışına qadağa qoyulması ilə bağlı bu yaxınlarda verdikləri ilkin şərtlər İranda "COVİD-19"-un yayılmasına qarşı mübarizədə ciddi maneələr yaradır”, - yazan XİN başçısı ABŞ-ın İrana qarşı iqtisadi və tibbi terrorizm tətbiq etməsinin müxtəlif formalarda olduğunu qeyd edib.

“Hüquq baxımından bu cür hərəkətlər yalnız İrana qarşı terrorizm deyil, həm də insanlığa və dünya birliyinə qarşı cinayətdir”, - XİN başçısı yazıb.

Zərif sonda əlavə edib ki, dünya ictimaiyyəti özünə gəlməli, iqtisadi, tibbi və dərman terrorizmini dayandırmaq üçün İrana kömək etməlidir.

Xəbər lenti
0