Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Daha yaxın olaq” şüarı həmişə yaramır, bəzən təmas zəncirini qırmaq da lazımdır

© REUTERS / BRIAN SNYDERОчередь людей, фото из архива
Очередь людей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əsas uğurlarımızdan biri məhz koronavirusla əlaqədar olaraq dərhal addım atmağımızla bağlıdır" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Qardaş Türkiyədə yoluxma sayında tədricən azalma nəzərə çarpır. Artıq ölkədə koronavirusa yoluxmanın 4-cü həftəsində bu nəticə ortaya çıxıb.

Пожилые люди в масках, фото из архива - Sputnik Azərbaycan
Koronavirus cəbhəsindən xoş olmayan xəbərlər

Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əldə edilən bu müsbət nəticə təmas zəncirinin qırılması və xəstələrin təmasda olduqları şəxslərin qısa müddətdə aşkarlnaması ilə əlaqədardır: "Virusun yayılma sürətini nəzarət altına almağı bacardıq. Bu təmas zəncirinin qırılması nəticəsində baş verdi. Bu üsulu heç bir ölkə həyata keçirməyib. Ölkəmizdə virusun mövcud olduğu bu 4 həftə ərzində biz ancaq bu üsuldan yararlandıq. Xəstələrlə təmasda olmuş şəxsləri aşkarlayaraq onları müalicə edirik. Bu müddətdə xəstələrin təmas etdiyi 261 989 nəfər müəyyən edilib. Sırf bu işlə məşğul olan 81 bölgədə çalışan heyətlərimiz 3 nəfərdən ibarət olur".

"Lakin bizdən fərqli olaraq digər ölkələrdə şikayəti olan şəxslər karantinə alınır, müalicə edilir", - deyə nazir bildirib.

Görülən tədbirlərin müsbət nəticələri ilə əlaqədar olaraq Türkiyə koronavirusla bağlı ölüm sayında azalma əldə edən ölkələrdən biri hesab edilir.

Maraqlıdır, Türkiyədə tətbiq edilən bu üsul ölkəmizdə tətbiq edilə bilərmi?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Bütün bunlar kifayət qədər böyük vəsaitlər hesabına başa gəlir. Hər bir ölkənin virusla mübarizə üsulu öz resurslarına uyğun şəkildə həyata keçirilir. Azərbaycan da dərhal karantin tədbirləri görən ölkələrdəndir. Xaricdən gələnlər, xəstə adamlar dərhal xəstəxanaya yerləşdirildi, karantin üçün xüsusi xəstəxanalar ayrıldı. Tibb Universitetinin Tədris-Cərrahiyyə, Tədris-Terapiya korpusları, 1 saylı Kliniki Tibbi Mərkəz də bu işə cəlb edilib. Modul tipli xəstəxanaların yaranması, kifayət qədər otellərin karantin üçün ayrılması bizə ölkəmizin resurslarının olduğunu göstərdi.  Sadəcə olaraq Türkiyə əhalisi Azərbaycanla müqayisədə xeyli çoxdur. Azərbaycanda hələlik xəstələnmiş şəxsləri yerləşdirməklə bağlı problem yoxdur. Koronavirusla bağlı bizim də uğurlarımız var. Əsas uğurlarımızdan biri də məhz koronavirusla əlaqədar olaraq dərhal addım atmağımızla bağlıdır. Amma digər tərəfdən sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinin gözlənilməsi, daha sərt davranılması əldə etdiyimiz uğurun kökündə dayanan əsas faktorlardır".

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus xəstələrinin həyatını xilas edən cihaz - Onun da sayı artırılmalıdır

"ABŞ Ümumdünya Səhiyyə Təşkilatına böyük bir vəsait ayırırdı, bu təxminən 360 milyon dollardır. ÜST qabaqlayıcı tədbirlərin vaxtında görülməsi baxımdan bu çox vacib idi. ABŞ bu təşkilata ən çox maliyyə yardımı ayıran bir dövlət kimi ona iradlarını da bildirdi, iki gün öncə isə maliyyə verilməsini dayandırdı. Bu səbəbdən ABŞ-ın ÜST-lə bağlı dedikləri də, qərarı da araşdırılacaq. Çünki bu birbaşa olaraq ÜST-ün çiynində olan bir prosesdir. ÜST-nin fəaliyyətsizliyinin pandemiyaya səbəb olduğu bilinsə, müəyyən tədbirlər görüləcək. ÜST daha aktiv olmalı idi. Ayrı-ayrı ölkələrin təcrübəsini yığaraq toplamalı idi. Lakin bunu bir o qədər hiss edə bilmədik", - deyə ekspert əlavə edib.

A.Qeybulla deyir ki, istər ÜST, istərsə də digər aidiyyət qurumlar yeni viruslara, sürprizlərə hazırlıqlı olmalı və bunun üçün müəyyən işlər görməlidir: "Bunun üçün müxtəlif alqoritmlər işləyib hazırlamalıdırlar”.

Xatırladaq ki, artıq ABŞ Senatının daxili təhlükəsizlik və hökumət işləri üzrə komitəsində koronavirus infeksiyasının meydana çıxmasının və yayılmasının səbəbləri, habelə Çin Xalq Respublikasının və Ümumdünya Səhiyyə Təşkilatının virusa qarşı mübarizədəki rolunun araşdırılması üçün böyük miqyaslı təhqiqat başladıb. Komitənin məlumatında Ümumdünya Səhiyyə Təşkilatının reaksiyasının araşdırılacağı qeyd olunub. Senator Rikk Skott Ümumdünya Səhiyyə Təşkilatının rolunun araşdırılması ilə məşğul olacaq.

Xəbər lenti
0