Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus xəstələrinin həyatını xilas edən cihaz - Onun da sayı artırılmalıdır

© AFP 2023 / MARCO BERTORELLOПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq bəzi klinikalar süni tənəffüs aparatlarını koronavirusa görə ixtisaslaşmış xəstəxanalara verirlər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Koronavirus infeksiyasına (COVID-19) yoluxmuş xəstələrin arasında ölüm hallarının qarşısını almaq üçün süni tənəffüs aparatarının sayının xəstə sayına adekvat olması vacib amildir. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da həkim və süni tənəffüs aparatı çatışmazlığı ilə bağlı müraciət edib. Prezident koronavirus infeksiyası ilə mübarizədə könüllü həkim və tibb bacılarının, eləcə də süni tənəffüs aparatı ilə bağlı kimin imkanı varsa kömək etməyə səsləyib. Bəs görəsən, ölkəmizdə koronavirus xəstələri üçün həyatı vacib aparat olan süni tənəffüs aparatlarının sayı kifayət qədərdirmi?

İnfoqrafika: Müxtəlif ölkələrdə minlərlə sakinə düşən həkimlərin sayı - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda həkim çoxdur, yoxsa az?

Səhiyyə Nazirliyinin baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni tənəffüs aparatlarının sayının ölkəmizdəki koronavirus xəstələrinin sayına uyğun olması vacib deyil: "Təcrübə göstərir ki, koronavirus xəstələrinin 75 faizinin vəziyyəti orta ağır olur. 15 faizinin vəziyyəti ağır qiymətləndirilir. Yalnız 5 faizin vəziyyəti kritik olur. Dediyimiz süni tənəffüs aparatı məhz bu xəstələr üçün istifadə edilir. Yəni, kritik vəziyyəti olan xəstələr üçün. Ona görə də Azərbaycan çalışır ki, koronavirusa yoluxma hallarının qarşısı alınsın. Şərt çoxlu sayda süni tənəffüs aparatı almaq yox, yoluxmanın qarşısını almaqdır. Bu gün Azərbaycanda ehtiyac olan sayda süni tənəffüs aparatı var. Biz səylə çalışmalıyıq ki, yoluxma sayı artmasın. Çünki, elə insanlar var ki, onların xroniki xəstəlikləri var. Həmin xəstələr koronavirusa yoluxduqda səhhətləri daha da ağırlaşır. Ağciyər funksiyasını demək olar ki, itirir. Bu zaman belə xəstələrə süni tənəffüs aparatı qoşulur ki, onlar həyatda qala bilsinlər".

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında karantinə bağlanan xəstəxanalarda lazımi sayda süni tənəffüs aparatı olduğunu, ehtiyac olduqca alındığını bildirdi.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov bildirib ki, Azərbaycan dövləti koronavirus infeksiyasına görə, Azərbaycana bir gecənin içərisində 200 ədəd süni tənəffüs aparatı alaraq gətirib.

Врач осматривает рентгеновские снимки грудной клетки - Sputnik Azərbaycan
SƏHİYYƏ
Həkim Emin Hüseyn: "Koronaviruslu xəstələrimizin 75-80 faizi belədir"

Artıq bəzi klinikalar da süni tənəffüs aparatlarını koronavirusa görə ixtisaslaşmış xəstəxanalara verirlər. Azərbaycan Tibb Universitetinin (ATU) Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov koronavirus pandemiyasına qarşı mübarizə kampaniyası çərçivəsində təşəbbüslə çıxış edib. 40 ildən artıqdır peşəkar fəaliyyətlə məşğul olan Ç.Rəhimov, bir il öncə yaratdığı klinikada olan süni ventilyasiya aparatını koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün ixtisaslaşmış xəstəxanaya təqdim edib: "Klinikamız ən müasir avadanlıqla təchiz olunub. İşçi heyətinin peşəkarlığını və müvafiq avadanlığın mövcudluğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi ölkəmizdə ilk dəfə olaraq cərrahi əməliyyatları və stomatoloji xidməti ambulator şəraitdə, ümumi ağrısızlaşdırma (narkoz) altında aparılmasına icazə verib. Bu da bizi digər stomatoloji müəssisələrdən fərqləndirir".

Professor Ç.Rəhimovun sözlərinə görə, digər özəl tibb müəssisələri də ölkə Prezidentinin təşəbüssünə qoşulmalı və koronavirusla mübarizədə əlindən gələni əsirgəməməlidir: "Hazırda bütün dünya və ölkəmiz ciddi ağ ciyər ağırlaşmalarına səbəb olan koronavirus pandemiyası ilə qarşılaşıb. Böyük xəstə axını olduğu təqdirdə, ağ ciyərin süni ventilyasiyası aparatlarının çatışmazlığı ilə üzləşə bilərik. Buna görə də, tam işlək vəziyyətdə olan süni ventilyasiya aparatını, bu işə cəlb olunmuş təşkilatların göstərişinə əsasən lazımi xəstəxanaya təqdim etmişəm".

Məlumat üçün bildirək ki, artıq İtaliyada 60 yaşdan yuxarı koronavirus xəstələrinin müalicəsində süni tənəffüs aparatlarından isitifadəyə qadağa qoyulub. Parma şəhərində koronavirusla mübarizə tədbirlərinə qoşulan israilli həkim Qay Peleq deyib ki, bu aparatlar məhdud sayda olduğundan xəstə sayı artdıqca işlər daha da pisləşəcək.

Xəbər lenti
0