CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin günlərindəki bu futbol həvəsi qalsa, dünya çempionu olarıq

© pixabay / Thomas B.Футбольное поле и мяч
Футбольное поле и мяч - Sputnik Azərbaycan
Abunə olmaq
Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb.

BAKI, 16 aprel — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına istinadla xəbər verir ki, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb.

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Xəbər lenti
0