Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əvvəl ölkə çempionatları, sonra Avroliqalar

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidDünya çempionatı, Argentina-İslandiya görüşü
Dünya çempionatı, Argentina-İslandiya görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionlar Liqası və Avropa Liqasının matçları yerli liqalar başa çatdırıldıqdan sonra davam etdiriləcək

BAKI, 15 aprel — Sputnik. Aprelin 22-də UEFA üzvü olan 55 milli assosiasiyanın, o cümlədən, qurumun İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FİFA Şurasının üzvü Evelina Kristillin İtaliya mətbuatına verdiyi açıqlamada bildirib. Konfransda hazırkı mövsümün yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə ediləcək. O, həmçinin Avropa kuboklarının yerli liqalardan sonra oynanılacağı barədə xəbərləri təsdiqləyib: "Bildiyimə görə, UEFA və Avropa Klublar Assosiasiyası yol xəritəsi hazırlayıb. Buna əsasən, Çempionlar Liqası və Avropa Liqasının matçları yerli liqalar başa çatdırıldıqdan sonra davam etdiriləcək".

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən UEFA avrokubok matçlarını 1/8 finaldan etibarən dayandırıb.

FİFA rəsmisi onu da deyib ki, Avropanın beş böyük liqası oyunları ən tez müddətdə bərpa etmək istəyir: "Amma bu, hökumətlərin qərarından sonra mümkün olacaq. Biz indi ilk növbədə insanların sağlamlığı və təhlükəsizliyini düşünməliyik".

Xəbər lenti
0