Tramp "neft tələsi"nə düşüb - İDDİA

© AFP 2024 / MANDEL NGANПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müəlliflər hesab edirlər ki, bu vəziyyət Amerika liderini sanksiyaların yumşaldılması və ya qismən qaldırılması müqabilində digər ölkələrdən, o cümlədən Rusiyadan kömək istəməyə məcbur edəcək.

BAKI, 15 aprel — Sputnik. Neft hasilatının azaldılması ilə bağlı son OPEC+ razılaşması nəticəsində ABŞ Prezidenti Donald Tramp "tələyə düşüb". Sputnik Azərbaycan xəbər verir ki, belə bir iddia "The American Conservative" nəşrində dərc olunmuş məqalədə irəli sürülüb.

Штаб-квартира ОПЕК в Вене, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
OPEC+ yeni neft sazişinin detallarını açıqladı

Qeyd edilir ki, Amerika lideri Meksikanı güzəştə getməyə inandırmağa nail olduğuna görə OPEC+ razılaşmasının əldə edilməsini öz adına yazır. Buna baxmayaraq, məqalə müəllifləri Trampın uğurunu "illüziya" adlandırırlar, çünki onların fikrincə, prezident ABŞ-da nə neft hasilatının azaldılacağını vəd edə, nə də qlobal neft hasilatının ixtisarına töhfə verə bilir.

Məqalə müəlliflərinə görə, Amerikanın neft şirkətləri qlobal enerji bazarında neft "bolluğunun" fonunda böhran yaşamağa davam edəcəklər və onların bir çoxu iflasa uğrayacaq ki, bu da 1930-cu illərdə baş vermiş böhrandan da ağır bir böhrana səbəb olacaq.

Müəlliflər hesab edirlər ki, bu vəziyyət Trampı "neft tələsi"nə salır. Bu isə Amerika liderini sanksiyaların yumşaldılması və ya qismən qaldırılması müqabilində digər ölkələrdən, o cümlədən Rusiyadan kömək istəməyə məcbur edəcək.

OPEC+ aprelin 12-də neft hasilatını may-iyun aylarında sutkada 9,7 milyon barel, ilin ikinci yarısında 7.7 milyon barel və 2022-ci il aprelin sonunadək 5,8 milyon azaltmaq barədə razılığa gəlib. Meksika özü üçün fərqli şərtlər tələb edib. Belə ki, Mexiko hasilatı may-iyun aylarında sutkada 100 min barel azaldacaq, ABŞ isə qalan hissəni kompensasiya edəcək.

Xəbər lenti
0