Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC+ yeni neft sazişinin detallarını açıqladı

© REUTERS / LEONHARD FOEGERШтаб-квартира ОПЕК в Вене, фото из архива
Штаб-квартира ОПЕК в Вене, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edilir ki, OPEC+ ölkələri 2021-ci ilin dekabrında yeni sövdələşmənin uzadılması imkanını nəzərdən keçirəcəklər.

BAKI, 13 aprel — Sputnik. Neft hasilatının sutkada 9,7 milyon barel azalmasından sonra OPEC+ ölkələri 2020-ci ilin ikinci yarısında hasilatı 7,7 milyon barel azaldacaqlar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə alyansın kommünikesində deyilir.

Bundan sonra iştirakçılar hasilatı 2022-ci il aprelin sonuna qədər sutkada 5,8 milyon barel azaltmağı planlaşdırırlar.

Bundan başqa qeyd edilir ki, OPEC+ ölkələri 2021-ci ilin dekabrında yeni sövdələşmənin uzadılması imkanını nəzərdən keçirəcəklər.

OPEC+ ölkələri bir qədər öncə neft hasilatının azaldılması ilə bağlı yeni sövdələşmə barədə razılığa gəliblər. Meksikanın narazılığı səbəbindən danışıqlar dörd gün uzanıb, lakin nəticədə ölkə hasilatı 100 min barel azaltmağa razılaşıb. Meksikanın nümayəndələrinin xahiş etdiyi kimi, qalan 300 min bareli ABŞ kompensasiya edəcək.

Xəbər lenti
0