Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çinin öz qatili var, Avropanın öz

© AFP 2024 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SARS-CoV-2 Çinin Uhan şəhərində yayılarkən B tipi səhvən ilkin virus kimi dəyərləndirilmişdi. Sonra B tipi C tipinə mutasiya etdi

BAKI, 14 aprel — Sputnik. Kembric Universitetinin alimləri SARS-CoV-2 ölümcül koronavirusunun 150 tam genomunu analiz edərək infeksiya agentinin üç fərqli - A, B, C - variantlarını aşkar ediblər. Məlum olub ki, 2019-cu il dekabrın 24-də Çindəki laboratoriyada ayrılan genom virusun pandemiyaya səbəb olan ilkin ştammı deyil.

Sputnik Azərbaycan bildirir ki, mətəxəssislərin gəldikləri nəticə Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.

Вакцинация, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Vərəm əleyhinə peyvənd koronavirusa qarşı immuniteti artırır – İDDİA

Hər üç  variant bir-birindən amin turşularının ardıcıllığı ilə seçilir ki, bu dəyişiklik də genomda mutasiya səbəbindən əmələ gəlib. A tipi daha çox yarasalarda rast gəlinən koronavirusa yaxındır və SARS-CoV-2-yə münasibətdə onu "əcdad" adlandırmaq olar. Başqa sözlə desək, A tipi, çox güman ki, koronavirusun bilavasitə yabanı tipindən törəyib. A və C tipləri Şərqi Asiyanın hüdudlarından kənarda yayılıb və daha çox Avropa və ABŞ-da rast gəlinir.

A tipindən törəyən B tipi isə (iki əsas mutasiya keçirib) Asiya üçün xarakterikdir, amma o, mutasiya etmiş növlər istisna olmaqla Asiyanın hüdudlarını aşmayıb. Bu, 3 səbəblə izah oluna bilər: birincisi, Yer planetinin sakinlərinin digər hissəsinin ona qarşı immunoloji dayanıqlılığı var. İkinci səbəb ekoloji sərhəd ola bilər. Digər bir səbəb kimi isə "bani effekti" göstərilir: yəni yeni ərazilərdə yayıldıqca genetik müxtəliflik də yerini dəyişir.

SARS-CoV-2 Çinin Uhan şəhərində yayılarkən B tipi səhvən ilkin virus kimi dəyərləndirilmişdi. Sonra B tipi C tipinə mutasiya etdi.

Son məlumatlara görə, dünyada koornavirusa yoluxanların sayı 1,9 milyonu keçib, 114 mindən çox adam dünyasını dəyişb.

Xəbər lenti
0