Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vərəm əleyhinə peyvənd koronavirusa qarşı immuniteti artırır – İDDİA

© REUTERS / IVAN ALVARADOВакцинация, фото из архива
Вакцинация, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Həkim qeyd edib ki, ABŞ və İtaliya kimi koronavirus epidemiyasının müşahidə olunduğu ölkələrdə vərəm əleyhinə peyvəndləmə tədbirləri aparılmır

BAKI, 13 aprel — Sputnik. Vərəm əleyhinə peyvənd COVID-19 xəstəliyinə qarşı immuniteti artırır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi, televiziya aparıcısı Yelena Malışeva "Yaşamaq Əladır!" verilişinin efirində deyib. 

O, vərəmə qarşı peyvəndləmə tədbirləri aparılan ölkələrdə COVID-19 xəstəliyindən ölüm hallarının az olması ilə bağlı təqdiqatı nümunə kimi göstərib.

Həkim qeyd edib ki, ABŞ və İtaliya kimi koronavirus epidemiyasının müşahidə olunduğu ölkələrdə vərəm əleyhinə peyvəndləmə tədbirləri aparılmır.

"Braziliyada isə vərəm əleyhinə peyvəndləmə 1920-ci ildə başlayıb. Braziliyanın sakinlərinin hamısı, bütün risk qrupu peyvəndlənib. Koronavirusdan ölüm yüz dəfə aşağıdır",- Malışeva bildirib.

Həkim-immunoloq Andrey Prodeus isə peyvəndin vacib amillərdən biri olduğunu deyib.

O qeyd edib ki, vərəmə qarşı peyvənd insanın anadangəlmə immunitetinə təsir edir və infeksion proseslərdən müdafiə zamanı onu daha da güclü və effektiv edir. Peyvənd həmçinin xərçəng şişlərini müalicə etməyə də kömək edə bilər.

Xəbər lenti
0