Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hər gün ölümün üstünə gedən qəhrəmanlar – Onların həyatı sığorta olunacaq?

© AFP 2024 / PIERO CRUCIATTIДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ən azından bu insanların güvəni olmalıdır ki, onlara sabah nəsə olarsa, ailələri dövlət tərəfindən dəstəklənəcək” - deputat

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Koronavirus (COVID19) pandemiyası dövründə bu virusa yoluxmuş şəxslərlə hər gün ünsiyyətdə olan, onların sağlamlıqlarının qayğısına qalan həkimlərdir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxmuş xəstələrin müalicəsi, onların sağlamlığına qovuşması üçün həkimlər böyük fədakarlıq nümayiş etdirirlər.

Мусульмане соблюдающие пост в священный месяц Рамазан ждут Азан, фото фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taun zamanı ziyafət: Koronavirus xəstələri oruc tuta bilərmi?

Rəsmi məlumata görə, Azərbaycanda bu günədək koronavirusa yoluxmuş xəstələri müalicə edən bir həkim bu virusa yoluxub. Ümumilikdə isə yeni COVID-19 virusuna yoluxanlar arasında müxtəlif tibb müəssisələrində çalışan həkimlər var. Artıq həkim peşəsi həyatı təhlükəsi olan, xüsusi riskli bir peşəyə çevrilməkdədir. Odur ki, Azərbaycanda həkimlərin həyat sığortası məsələsi gündəmə gəlib.

Milli Məclisin deputatı Nigar Arpadarai həkimlər üçün həyat sığortası mexanizminin tətbiqi təşəbbüsünü irəli sürüb.

Deputat deyib ki, pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan peşə sahibləri üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqi zəruridir: “Çünki bu insanlar hər gün təhlükə ilə qarşılaşır. Həkimlərimizi qorumalı, onların sabaha güvənini artırmalıyıq".

Bəs görəsən, həkimlərin həyat sığortası məsələsi hansı formada öz həllini tapa bilər?

Nigar Arpadarai deyir ki, dünya tamamilə yeni bir təhlükə ilə qarşılaşıb: “Pandemiya dövründə elə peşə sahibləri var ki, xəstələrlə birbaşa ünsiyyətdədir. Burada söhbət təkcə həkimlərdən getmir. Əmək fəaliyyətinə görə bu virusa yoluxmuş xəstələrin ətrafında olan bütün peşə sahibləri, eləcə də həkimlər onlarla  təmasdadır. Ona görə də başqa peşə sahibləri ilə müqayisədə həkimlər üçün virusa yoluxma riski daha çoxdur. Bu baxımdan mən hesab edirəm ki, həkimlərin, tibb personalın və əmək fəaliyyəti ilə bağlı bu xəstələrlə gündəlik ünsiyyətdə olanların həyat sığortası mexanizmini tətbiq etməliyik. Ən azından bu insanların güvəni olmalıdır ki, onlara sabah nəsə olarsa, ailələri dövlət tərəfindən dəstəklənəcək. Mənim fikrimcə, hazırkı vəziyyətdə, karantin vaxtı bunu təcili tətbiq etmək lazımdır. Lakin bu mütləq qanunvericilikdə öz təsbitini tapmalıdır”.

Deputat deyir ki, pandemiya dövründə COVID-19 virusuna yoluxmuş xəstələrlə birbaşa təmasda olan həkimlərin, tibb işçilərinin dövlət tərəfindən sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilib: “Cənab Prezident tərəfindən onların əmək haqqının artırılması barədə sərəncam imzalanıb. Əmək haqlarına əlavələr edilir. Bundan əlavə, tibbi personalın bu virusdan qorunması üçün bütün lazımi avadanlıqlar təmin edilir. Amma yaradılan sanitar şərait və qoruyucu tibbi vasitələr onları 100 faiz bu virusdan, bu təhlükədən qorumur. Dünya təcrübəsində də tibbi personal arasında, həkimlər arasında yoluxmanın, ölüm hallarının olduğu barədə məlumatlar var. Məhz buna görə də tibbi personalın həyat sığortası vacib məsələdir”.

Zəli gölünün ətrafı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tet-a-tet alınmır: Koronavirus illərdir daşa dirənən problemi bir az da yubadacaq

N.Arpadarai deyir ki, pandemiya dövründə qanunvericilikdə buna bənzər təcrübələrdən istifadə edərək tibb işçilərinin həyat sığortası mexanizmi yaradıla bilər: “Buna misal kimi hərbçilərin həyat sığortasını göstərmək olar. Bunu hazırki şəraitdə etmək çox vacibdir. Tibb işçilərinin həyat sığortasında əmək fəaliyyəti dövründə ölüm halları, əlilik və sağlamlığı üçün ciddi təhdid yaradan hallar olarsa, bu sığorta işləməlidir. Lakin bu elə real məbləğ olmalıdır ki, həkimlərdə güvən yaratsın”.

N.Arpadarainin sözlərinə görə, tibb işçilərinin həyat sığortası mexanizmi dövlət və özəl şirkətlərlə müştərək həyata keçirilə bilər: “Amma yenə də dövlətin dəstəyi vacibdir. Mən bu sığorta növünün təkcə həkimlərlə bağlı deyil, bu təhlükəli virusa yoluxmuş xəstələrlə əmək fəaliyyətinə görə hər gün təmasda olan digər peşə sahibləri üçün tətbiq edilməsini təklif edirəm”.

Deputat artıq bu məsələ ilə bağlı aidiyyətıiqurumlara sorğular da ünvanlayıb.

Deputat Musa Quliyev həmkarının bu təklifini dəstəkləyir: “Prinsipcə həkimlərin sığortası ölkədə sığorta sisteminin inkişafına təkan verər. Amma ümumilikdə hər kəsin həyat sığortası haqqı var. Bu gün tibb işçiləri COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsində böyük fədakarlıq nümayiş etdirirlər. Bu fədakarlıqları ilə onlar təkcə xəstələrin həyatını deyil, bütün cəmiyyəti təhlükədən xilas etmiş olurlar”.

M.Quliyev deyir ki, hazırda qanunvericilikdə peşə vəzifələrini yerinə yetirərkən əlil olan, dünyasını dəyişənlərin əmək sığortası var. Amma bütövlükdə tibb işçilərinin həyat sığortası vacibdir. Bu təşəbbüsü dəstəkləmək lazımdır”.

Xəbər lenti
0