CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taun zamanı ziyafət: Koronavirus xəstələri oruc tuta bilərmi?

© AFP 2024 / ROBERT ATANASOVSKIМусульмане соблюдающие пост в священный месяц Рамазан ждут Азан, фото фото из архива
Мусульмане соблюдающие пост в священный месяц Рамазан ждут Азан, фото фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumiyyətlə insanın sağlamlığına hər hansı bir zərər gəldikdə onun oruc tutmasına icazə verilmir. Koronavirus yeni olduğu üçün onun orqanizmə təsiri də sual altındadır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Ramazan ayının başlanmasına sayılı günlər qalıb. Aprelin 23-də Ramazan ayının ilk günüdür və dindarlar həmin gündən oruc tutmağa başlayacaq.

Qaydalara görə, xəstə insanlar oruc tutmaya bilərlər. Ölkədə isə koronavirus xəstələri və bu xəstəliklə əlaqədar karantində olan minlərlə insan var.

Теолог Гаджи Адиль Гусейнов - Sputnik Azərbaycan
Pandemiya ilə əlaqədar Ramazan ayında hansı şərtlər yerinə yetirilməlidir – teoloq danışır

Bəs koronavirus xəstələri oruc tuta bilərmi? Karantində olanlar hansı şərtlərlə oruc tutmaya bilər?

"Əjdərbəy" məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyanı bürüyən koronavirus təhlükəsi oruc tutmağa əsas vermir: "Xəstə halda, ümumiyyətlə insanın sağlamlığına hər hansı bir zərər gəldikdə onun oruc tutmasına icazə verilmir. Bu barədə Quranın Bəqərə surəsində qeyd olunub. Təkcə koronavirus xəstələri deyil, bütün xəstələr Ramazan ayının orucunu tutmaya bilər. Tutmadığı günlərin əvəzində isə bir acı doyuracaq qədər yemək verməlidir. Amma üzrsüz şəkildə oruc tutmayanlar, yəni oruc tutmaq imkanı olub tutmayanlar daha böyük kəffarə ödəməlidir. Bunun kəffarəsi oruc tutulmayan hər gün üçün ard-arda iki ay oruc tutmaqdır".

İ.Səlimov vurğulayıb ki, oruc tutmaq bəzi xəstəliklərə fayda da verə bilir. Amma oruc tutmaq sağlamlığa zərər verirsə, tutulmamalıdır.

Onun sözlərinə görə, hazırda karantində olan şəxslərin oruc tutması öz istəklərinə bağlıdır: “Əgər səhər və axşam yemək verilirsə və insanın orqanizmi bu yeməklə qane ola bilirsə, oruc tutmaq olar. Orqanizminin gücünü hər bir insan özü bilir".

İ.Səlimov əlavə edib ki, yaşayış yerindən 22 kilometr uzaq olanlar, səfərdə olanlar oruc tutmaya bilər. Ancaq şəxs getdiyi yerdə 10 gündən artıq qalırsa, oruc tutmalıdır.

Terapevt Mətanət Cəfərovanın sözlərinə görə, bu virus yeni virusdur və 6-7 aydır ki, dünyaya yayılıb: "Virus yeni olduğu üçün onun orqanizmə təsiri də sual altındadır. Yəni kimə necə təsir edəcəyi hələ məlum deyil. Ümumiyyətlə sağlam, heç bir xəstəliyi olmayan insan oruc tuta bilər".

Мусульмане по время намаза в день праздника Ураза-байрам в Соборной мечети в Москве - Sputnik Azərbaycan
TƏHLİL
Ramazan Bayramı Rusiya müsəlmanlarının əsas problemini ortaya çıxarıb

Onun sözlərinə görə, hazırkı dönəm oruc tutmaq üçün çox əlverişlidir. Çünki digər zamanlarla müqayisədə insanlarda fiziki və əqli yüklənmə yoxdur, hamı evdədir.

"Əvvəllər insanlar işləyə-işləyə oruc tuturdusa, indi daha rahat olacaq. Evdə heç bir narahatçılıq çəkmədən oruc tuta biləcəklər", – deyən Cəfərova bildirib ki, xərçəng xəstəliyi olanlara, xroniki və daimi xəstəlikləri olan insanlara, kimya terapiya qəbul edən xəstələrə, şəkər xəstələrinə, ürək-damar sistemi xəstələrinə, hipertoniya xəstəliyindən əziyyət çəkənlərə, ağciyər xroniki xəstəliyi olanlara, immuniteti zəiflədən dərmanlardan istifadə ilə müalicə alan xəstələrə, hamilə qadınlara oruc tutmaq məsləhət deyil. Çünki onların immuniteti zəifdir. Oruc tutmaq isə immuniteti daha da zəiflədəcək.

Həkim bu dönəmdə oruc tutanlara məsləhət görür ki, qidalarına fikir versinlər. Çünki koronavirusla mübarizənin əsas şərtlərindən biri də immunitetin güclü olmasıdır. Oruc tutan şəxslər karbohidlatlarla deyil, zülal və mineral tərkibli qidalarla qidalanmalıdırlar.

"Bol meyvə və tərəvəz, D vitamini ilə zəngin qidalara üstünlük vermək lazımdır. Çünki statistikaya görə, bədəni D vitamini ilə zəngin olan insanlar 27 faiz daha az xəstəliklərə yoluxurlar. Buna görə də oruc tutan şəxslər daha çox vitamin D, vitamin C və sinklə zəngin qidalara üstünlük verməlidir. Vitamin D süd, yumurta, kərə yağı kimi qidaların, vitamin C bütün sitrus meyvələrin, bolqar bibəri, kahı, cəfəri, mandalin, portağal, kivi, limon və s. tərkibində var", – deyə Cəfərova vurğulayıb.

O əlavə edib ki, tərkibində sink olan qidalar da immuniteti gücləndirir. Buna görə də, oruc tutan şəxslər balıq yeməklərinə üstünlük verməlidir: "Çalışın tərkibi mikroelementlərlə zəngin qidalara üstünlük verin. Bu həm immunitetinizi gücləndirəcək, həm də oruc tuta biləcəksiniz".

Xəbər lenti
0