Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA-nın Azərbaycanla bağlı yeni planı: iyulun sonunadək yekunlaşmalıdır

© Photo : © Facebook / Neftçi PFK / Leka SattarovaМатч между "Нефтчи" и "Карабах"ом
Матч между Нефтчи и Карабахом - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Futbol Assosiasiyaları İttifaqı Çempionlar Liqası və Avropa Liqasının qalan matçlarını avqustun üç həftəsi ərzində keçirməyi planlaşdırır

 

BAKI, 13 aprel — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü bu il iyulun sonuna kimi başa çatdırıla bilər. “Mirror” nəşrinin yazdığına görə, bu, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) yeni planından irəli gəlir.

Nəşrin mənbəsinin verdiyi məlumata görə, UEFA Avropa ölkələrinin milli futbol birinciliyi mövsümünü iyul ayının sonuna qədər başa çatdırmağı planlaşdırır. Avqust ayının üç həftəsi ərzində Çempionlar Liqası və Avropa Liqasında mövsüm başa çatmalıdır. Belə olan halda avrokuboklarda çıxış edən klublar milli birinciliklərdə iştirakdan azad olacaq və avrokubok yarışlarına diqqət yetirəcəklər.

Bu plan hazırda UEFA-da fəal şəkildə müzakirə olunur və əsas plan kimi nəzərdən keçirilir. Halbuki, əvvəllər Avropa Futbol İttifaqının prezidenti Aleksandr Çeferin iddia edirdi ki, təşkilat avrokubok yarışlarını avqustun 3-dək başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi barədə qərarından sonra futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları Azərbaycan ərazisində keçirilən respublika və beynəlxalq miqyaslı bütün digər yarışlar kimi dayandırılıb.

Xəbər lenti
0