CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəncirləri qıran virus: iki yüz yetmiş gün dözə bilərik, bəs sonra?

© Sputnik / Murad OrujovОпустевшая улица Низами в Баку
Опустевшая улица Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu virus daxili istehsalın genişləndirilməsi və ərzaq idxalından asılılığı aradan qaldırmaq məsələsini bir daha gündəmə gətirdi" - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Birləşmiş Millətlər Təşkilatı dünyada qida ehtiyatının tükənə biləcəyini açıqlayıb. BMT bunu fermaların fəaliyyətini dayandırması və bəzi ölkələrə məhsul ixracı zəncirinin qırılması ilə əlaqələndirir. Qurumun Qida və Kənd Təsərrüfatı Təşkilatı koronavirusla əlaqədar olaraq bildirir ki, istehsalda yaranan fasilələr aprel-may ayında ərzaq təhcizatı ilə bağlı problemlər yaradacaq.

Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO - Sputnik Azərbaycan
VİDEO
Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO

Maraqlıdır, Azərbaycanın da idxaldan asılılığını nəzərə alsaq, bu problemin ölkəmiz üçün də qaçılmaz olduğunu söyləmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Azərbaycanda təminatda əsas məsələ buğdanın tədarüküdür. Son məlumatlara görə, ölkədə ən azı 270 gün üçün buğda tədarükü var. Bu səbəbdən də buğda çatışmazlığı ilə yanaşı, ciddi bir vəziyyətin yaranacağını düşünmürəm. Bundan başqa, dünya bazarlarında buğdanın qiyməti də qalxıb. Ehtiyatımız olduğu üçün un məhsullarının istehsalında bir problemin yaşanacağını düşünmürəm.

Ərzaqla bağlı idxaldan asılılığımızla bağlı müxtəlif rəqəmlər açıqlanır. Amma onu deyə bilərəm ki, ən yaxşı halda ərzaq ehtiyaclarımızın yarısını özümüz ödəyə bilirik. Lakin təəssüf ki, bu istiqamətdə ciddi bir araşdırma aparılmayıb".

"Bizdə əsas problemlərdən biri odur ki, bəzən yerli istehsal adı altında təqdim olunan məhsulların xammalı da xaricdən gətirilir. Bazarda ən çox gördüyümüz yerli məhsullardan biri çaydır. Lakin qeyd edim ki, heç Azərbaycanda bu qədər çay istehsal olunmur, bu qədər çay kolu belə yoxdur. Ona görə də bu məhsullar xaricdən gətirilərək burada qablaşdırılmaqla bazarda, o cümlədən də statistikada da yerli məhsul kimi təqdim olunur.

Şəkər və düyünün də qablaşdırılması Azərbaycanda həyata keçirilir. Bu səbəbdən də müəyyən çətinliklərin olma ehtimalı var. Amma hələlik panikaya ehtiyac yoxdur. Aprel-may aylarında bazarlara yerli məhsulların çıxma tempi artacaq. Yerli kənd təsərrüfatı məhsullarının bazara çıxması isə ərzaqla bağlı təhlükəsizlik məsələsində mühüm rol oynayacaq. Çünki ixracat axsayacaq", - deyə o əlavə edib.

Sarımsaq, arxiv foto - Sputnik Azərbaycan
YAZARLAR
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?

O bildirib ki, dünyada pandemiyanın pik vaxtı geri qaldığı bir vaxtda Rusiyada bu virus alovlana bilər. Bu isə Azərbaycanda yerli bazarlardakı qiymətə müsbət təsir göstərəcək: "Bu səbəbdən kənd təsərrüfatı məhsullarımızın əsas ixracatçısı olan Rusiya bazarlarının böyük bir hissəsinin bağlı olması yerli məhsullarımızın daxili bazarlara çıxarılması və satışını gücləndirəcək ki, bu da qiymətlərə pozitiv təsir edəcək".

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında ölkəmizin 5 il öncə ilə müqayisədə idxaldan asılılığının azaldığını deyib: "Azərbaycan il ərzində 1.7 milyard dollara yaxın ərzaq məhsulu idxal edir. İdxal etdiyimiz ərzaq məhsullarının 2.6 faizi İranın, 0.7 faizi isə Çinin payına düşür. İdxal edilən ərzaq məhsullarının qalan hissəsi Rusiya, Türkiyə və digər Avropa ölkələrinin payına düşür. Lakin hələlik ərzaq idxalı ilə bağlı heç bir çətinlik yoxdur. Çünki virusla əlaqədar olaraq yalnız insanların bir ökədən digərinə keçməsində maneə yaranıb, məhsullarla bağlı heç bir problem yoxdur".

"Qeyd edim ki, 2015-ci ildən etibarən Azərbaycan ərzaq idxalı asılılığını xeyli azaldıb. Ərzaq məhsullarının istehlakında yerli məhsulların payı artıb. 2015-ci ildə Azərbaycan istehlak edilən məhsulların təxminən 84 faizini idxaldan əldə edirdisə, bu ötən müddətdə həmin rəqəm 60 faizədək azalıb.

Bəzi ərzaq məhsulları üzrə yerli istehsalın genişlənməsi müşahidə olunur. Qlobal şoklar, xarici faktorları nəzər alsaq, deyə bilərik ki, ərzağa olan tələbatı ödəməkdə əsas məsələ idxaldan asılılığı azaltmağa nail olmaqdan ibarətdir. Çünki bu virus daxili istehsalın genişləndirilməsi və ərzaq idxalından asılılığı aradan qaldırmaq məsələsini bir daha gündəmə gətirdi".

Xəbər lenti
0