Sputnik Azərbaycan koronavirus vaxtında alış-verişin necə getdiyini öyrənmək üçün Yaşıl Bazara üz tutub. Bazar, demək olar ki, boşdur, amma əvvəlki rejimdə çalışır.
Gözümüzə dəyən ilk dəyişikliklərdən satıcıların maska və birdəfəlik əlcəkdə olması və hər kəsin piştaxtası arxasında böyük antiseptik qabının olması idi.
Satıcıların sözlərinə görə, alıcıların sayında kəskin azalma var. Qəssab Qədir Məmmədov alış-verişin azalmasından gileylənir. Amma ət və balıq məhsullarının qiymətlərində heç bir dəyişiklik olmayıb.
Meyvə və tərəvəz şöbəsində vəziyyət bir qədər fərqlidir. Meyvə satıcısı bizə danışıb ki, insanlar karantin vaxtı evdən az-az çıxmağa çalışır, ona görə bazara gəldikdə bir həftəlik alış-verişini etməyə üstünlük verirlər.