CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Könlü balıq istəyənin...” – Yayda balıq yemək olarmı

Abunə olmaq
Deyilənə görə, yay aylarında balıq yemək məsləhət deyil. Bəs ürəyi balıq istəyən nə etsin? Biz bu məsələyə aydınlıq gətirmək qərarına gəldik. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Üz tutduq “8-ci km” bazarına. Danışdığımız bütün balıq satıcıları təzə tutulmuş balığın hər mövsümdə yeyilə biləcəyini dedilər. Yay ayları balıqların kürü buraxma vaxtı olduğu üçün bu mövsümdə balıq yeməyə deyil, balıq ovlamağa fasilə verilir.

Aprel ayından sonra Xəzər dənizində balıq tutulmasına icazə verilmədiyinə görə balıqlar şok dondurulmadan sonra xüsusi buz dolablarında saxlanılır və daha sonra bazarlara paylanılır. Satılan balıqların çoxu da yerli balıq deyil.

Fürsətdən istifadə edərək, hansı balıqların daha tıxsız olduğunu da öyrəndik. Kefal, suf (sudak), naqqa (som) balıqları digərlərindən daha tıxsız imiş. Ən tıxlı balıq isə kütümdür.

Balıqların qiymətləri də müxtəlifdir. Ən ucuz balıqlar kefal, sazan və kütümdür – bir kiloqramı 5-6 manata satılır. Ürəyi forel və ya berş istəyən isə daha çox “tərləməli” olacaq, belə ki, bu balıqların bir kiloqramı 12 manata başa gəlir.

Bir sözlə, yay aylarında balıq yemək olar. Sadəcə, balıq satıcılarının özləri də bizə balığı yalnız tanıdığımız insanlardan almağı məsləhət bildilər, belə ki, yayda balıq tez xarab olur.

Xəbər lenti
0