Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA-dan maraqlı variant: Avrokuboklar avqustda başa çatacaq

© AFP 2024 / FABRICE COFFRINIШтаб-квартира УЕФА в Ньоне, фото из архива
Штаб-квартира УЕФА в Ньоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA turnirləri üç həftə ərzində yekunlaşdırmaq niyyətindədir. 1/8 finalın baş tutmayan oyunları, həmçinin 1/4, 1/2 və final qarşılaşmalarının bu qısa müddətdə keçirilməsi planlaşdırılır.

BAKI, 12 aprel – Sputnik. Koronavirus pandemiyası üzündən dayandırılan avrokubokların başa çatdırılması üçün UEFA-nın nəzərdən keçirdiyi variantlardan biri müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qeyri-müəyyən müddətə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının oyunları avqustda təşkil oluna bilər.

UEFA turnirləri üç həftə ərzində yekunlaşdırmaq niyyətindədir. 1/8 finalın baş tutmayan oyunları, həmçinin 1/4, 1/2 və final qarşılaşmalarının bu qısa müddətdə keçirilməsi planlaşdırılır.

Həmin vaxta qədər Avropadakı bütün milli çempionatların oyunları başa çatacaq. Liqalarda növbəti mövsümün startı da həmin vaxta təsadüf edəcəyi nəzərdə tutulub. Bu üzdən də avrokuboklarda mübarizəni davam etdirən komandaların öz ölkələrinin çempionatındakı ilk turları buraxmalı olacaqlar. Bu qarşılaşmalar sonradan baş tutacaq.

Xəbər lenti
0