Türkiyədə daha 5 min nəfər dəhşətli virusa yoluxdu

© AP Photo / Emrah GurelСитуация в связи с эпидемиологической обстановкой в Стамбуле
Ситуация в связи с эпидемиологической обстановкой в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə yeni növ koronavirusdan indiyədək 1198 nəfər ölüb, 56 956 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1665 nəfəri reanimasiyadadır, 3446 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 481 xəstə evə buraxılıb

BAKI, 12 aprel – Sputnik. Türkiyədə yenı növ koronavirusdan (COVID-19) bu gün daha 97 nəfər ölüb.

Tənha qız, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus, yaz depressiyası və... Ev şəraitində özümüzü necə xilas edək?

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir deyib ki, son 24 saatda 35 720 şübhəli koronavirus testindən keçib, onlardan 4789-nun cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1198 nəfər ölüb, 56 956 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1665 nəfəri reanimasiyadadır, 3446 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 481 xəstə evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 376 100 nəfərin testdən keçdiyini qeyd edib.

Xəbər lenti
0