Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus, yaz depressiyası və... Ev şəraitində özümüzü necə xilas edək?

CC0 / patricajjoslin / girlTənha qız, arxiv şəkli
Tənha qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Depressiya ilə mübarizə hər bir insanın özündən, iradəsindən asılıdır. Bu günlərdə güclü olmaq və hər bir çətinliyin müvəqqəti olduğunu düşünmək lazımdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Yaz fəslini çox zaman depressiyalar fəsli adlandırırlar. Mütəxəssislərə görə, insanlar yaz depressiyasını ağır keçirir və bəzən bu intiharla da nəticələnə bilər.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cəlal İsayevdən koronavirusa görə depressiyaya düşənlərə mesaj

Hazırda isə bir tərəfdən fəsil dəyişkənliyi, digər tərəfdən dünyanı bürüyən koronavirusa yoluxmaqla bağlı narahatlıq insanların psixoloji durumunu təhlükəli vəziyyətə gətirir.

Bəs depressiyaya düşməmək və ya karantin rejimində depressiyadan necə çıxmaq olar?

Psixoloq Zeynəb Əyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövsümü depressiya zamanı insanlarda halsızlıq, yuxu, yorğunluq, əmək qabiliyyətinin azalması, iştahasızlıq, bezginlik müşahidə edilir.

"Ancaq hazırda ölkəmizin başının üstündə koronavirus bəlası olduğu üçün mövsümi depressiya ilə bağlı müraciət edənlərin sayı azdır" - deyən psixoloq bildirir ki, ildə iki dəfə qan analizi verərək, qanda D vitaminin miqdarını yoxlatmaq lazımdır. Çünki qanda D vitaminin miqdarı az olduğu halda mövsüm dəyişikliyi zamanı depressiya müşahidə edilir.

Bəzi alimlərin fikrincə, serotonin və melotonin hormonlarının ifraz olunmaması depressiya ilə nəticələnir.

"Bu, Günəş şüasının azalması və yağışların yağması ilə əlaqədar da ola bilir. Depressiyaya düşmə də insanlara görə fərqlidir və əsasən yaz və payız aylarında müşahidə edilir" - deyən psixoloq depressiyadan qurtulmağın yollarını da açıqlayır.

Мужчина курит сигарету, фото из архива - Sputnik Azərbaycan
Siqaret çəkməyin: Sonu depressiya və şizofreniyadır

Onun sözlərinə görə, ev şəraitində depressiyadan qurtulmaq üçün ilk növbədə qidalanmaya fikir vermək lazımdır. Belə ki, gün ərzində qəbul etdiyimiz qidaları 5-6 hissəyə bölüb, az-az qəbul etmək məsləhət görülür.

Gün ərzində 2-2,5 litr su içmək, idmanla məşğul olmaq da insanları depressiyadan çıxmasına kömək edir.

C və B vitamin qrupları depressiyanı aradan götürür: "Yuxuya diqqət yetirmək mütləqdir. Gün ərzində mütləq 8 saat yatmaq lazımdır".

Psixiatr Ramin Hacıyevin sözlərinə görə, mövsüm keçidləri zamanı hava dəyişkənliyi insanların psixologiyasına təsir edə bilir. Yaz yorğunluğu hesab edilən hal isə depressiyanın əlaməti ola bilər.

Həkimin fikrincə, insanlar çox zaman bahar yorğunluğu ilə yaz depressiyasını qarışdırır. Mövsümlərin dəyişməsi daha çox psixoloji baxımdan zəif olan insanlara təsir edir: "Ümidsizlik, günahkarlıq, dəyərsizlik hissləri, kədərli və boşluqda hiss etmə, halsızlıq, enerji itkisi, gündəlik işlərə qarşı marağın azalması, əsəbilik, tez ağlama, qorxu, hərəkətin azalması, özünü key kimi hiss etmə və ya həddən artıq çox hərəkətlilik yaz depressiyasının əlamətləridir. Yaz depressiyası zamanı iştaha və yuxu nizamı da pozulur. Diqqət azalır, unutqanlıq, qərar verməkdə çətinlik, cinsi istəyin azalması, uzun müddətli və müalicəyə cavab verməyən bədən ağrıları müşahidə edilir".

R. Hacıyev əlavə edib ki, yaz depressiyası yaşayan şəxslər intihara meylli olur. Bəzən depressiya ağır olduğu halda depressiv insanlar intihara cəhd edirlər.

Девушка в депрессии, фото из архива - Sputnik Azərbaycan
Depressiyadan yeni müalicə üsulu tapıldı

Yaz depressiyasının qarşısını almaq üçün ilk olaraq yuxu saatlarınızı nizamlayın. Çünki bədənin ehtiyacı olan qədər yatmaq təbiət dəyişkənliyinə uyğunlaşmaq üçün önəmlidir. Beləliklə bədən bioloji olaraq proqramlaşdırılır. Televizor, kompüter olmayan sakit otaqda kitab oxumaq yuxunu asanlaşdırır. Tez yatıb, tez durmaq, hər gün eyni saatda yatıb, eyni saatda durmaq yorğunluq və stressi azaldır.

"İdman edin. İdman xoşbəxtlik hormonu olan serotonin miqdarını artırır. Serotonin xoşbəxtlik, canlılıq yaradan bir hormondur. Serotonin hormonu az olan zaman depressiyaya meyllilik artır. Çoxlu miqdarda su için. Kofeinli içkilərdən uzaq olun. Gün ərzində 2,5 litr su, meyvə şirəsi, bitki çayları için" - deyən psixiatr bildirib ki, depressiya ilə mübarizə hər bir insanın özündən, iradəsindən asılıdır. Bu günlərdə güclü olmaq və hər bir çətinliyin müvəqqəti olduğunu düşünmək lazımdır.

Xəbər lenti
0