CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabrandakı dəhşətli qətlin təfərrüatı bilindi - 13 il məhəsdə yatan qisas planı

© State Border Service of Azerbaijan RepublicСпрятанное в скалах бесхозное нарезное оружие марки TOZ-8-01
Спрятанное в скалах бесхозное нарезное оружие марки TOZ-8-01 - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı məlum olub ki, N. İslamov həyat yoldaşını qəsdən öldürdüyü üçün 13 il məhbəs həyatı yaşadıqdan sonra 2019-cu ilin yanvar ayında azadlığa çıxıb. Kənd sakinlərinin sözlərinə görə, qatil həyat yoldaşını namus üstündə öldürüb.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 12 aprel — Sputnik. Şabranda baş verən qanlı olayın təfərrüatları məlum olub. 

Xatırladaq ki, aprelin 11-də Şabran rayonunun Zeyvə kəndində dəhşətli qətl hadisəsi baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, kənd sakini, 36 yaşlı Nahid Eynulla oğlu İslamov həmkəndliləri - 57 yaşlı İstək Məmmədovanı və onun 37 yaşlı oğlu Məhəbbət Məmmədovu odlu silahla öldürüb.

Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
HADİSƏ
Şabranda gecə əməliyyatı: Ana və oğlunu öldürən şəxs tutuldu

Araşdırma zamanı məlum olub ki, N. İslamov həyat yoldaşını qəsdən öldürdüyü üçün 13 il məhbəs həyatı yaşadıqdan sonra 2019-cu ilin yanvar ayında azadlığa çıxıb. Kənd sakinlərinin sözlərinə görə, qatil həyat yoldaşını namus üstündə öldürüb.

Azadlığa çıxdığı gündən də həyat yoldaşını öldürməsində səbəbkar saydığı həmkəndlisi Məhəbbət Məmmədovu öldürmək planı qurub. Dünən gecə isə planını həyata keçirməyə nail olub. 

Babasından qalma tüfəngi götürərək ilk öncə Məhəbbəti evlərinin arxasında güllələyib. Daha sonra isə səsə gələn anası İstək Məmmədovanı güllələyərək hadisə yerindən qaçıb.

Şabran rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qatil tutularaq Rayon Prokurorluğuna təhvil verilib. 

Onun öldürdüyü həyat yoldaşından 16 yaşlı qız övladı var və o, ana nənəsinin himayəsində yaşayır.

Hadisə ilə bağlı Şaban Rayon Prokurorluğunda cinayət işi başladılıb.

Xəbər lenti
0