CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda gecə əməliyyatı: Ana və oğlunu öldürən şəxs tutuldu

CC0 / Republica / killTovuzda qətl hadisəsi
Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

BAKI, 12 aprel – Sputnik. Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.

Охотничья винтовка типа Винчестер, архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Şabranda dəhşət: Həbsxanadan buraxılan şəxs ana və oğulu öldürdü

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü  Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir.

Xəbər lenti
0