Depressiyadan yeni müalicə üsulu tapıldı

CC0 / StockSnap / депрессияДевушка в депрессии, фото из архива
Девушка в депрессии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Psixi pozuntuların müalicəsində yeni üsul olacaq

BAKI, 30 iyul — Sputnik. Həyəcanın və depressiyanın dərmanı qırmızı şərabda tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Buffalo universitetinin əməkdaşları belə nəticəyə gəliblər ki, qırmızı şərabda olan komponentlər psixi pozuntuların müalicəsi üçün faydalıdır.

Belə ki, üzümün qabığında olan resveratrol təbii antioksidantdır.

Медсестра делает прививку ребенку в детской поликлинике - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakıda uşaqlar arasında qəribə xəstəlik yayılıb – Diqqətli olun!

Alimlər laboratoriya siçanları üzərində araşdırmalar aparıb. Gəmiricilərə orqanizmdə stress reaksiyasını idarə edən kortikosteron hormonu verilərək, onlarda stress yaradılıb.

Müəyyən olunub ki, bu hormon əlamətlərin yaranmasına səbəb olan PDE4 (fosfodiesteraz 4) fermentini sərbəst buraxır. Resveratrol isə PDE4-ni təsirsizləşdirərək gəmiricilərin vəziyyətini yaxşılaşdırıb.

"Resveratrol depressiya və həyəcan pozuntularını müalicəsində effektiv, alternativ preparat hesab edilə bilər" – araşdırma müəllifləri qeyd ediblər.

Lakin bunun baş verməsi üçün siçanlara bədən kütləsinə uyğun olaraq 10 milliqram, 70 kiloqram çəkisi olan insana isə 700 milliqram resveratrol verilməlidir. Bu isə 350 qədəh şərab deməkdir. Çünki bir qədəhdə 2 milliqram resveratol var.

Bu isə mümkün deyil. Amma buna baxmayaraq alimlər psixi pozuntuların müalicəsində bunu yeni metod kimi göstərir.

Xəbər lenti
0