CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyahətə çıxmamış burunlarından gəldi – İndi də "pul" deyib, dad çəkirlər

© AP Photo / Patrick SemanskyВ аэропорту, фото из архива
В аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Turizm şirkətləri müştərilərlə aviaşirkətlərin arasında qalıb. Günahkar isə nə onlardır, nə də aviaşirkətlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda da turistlər səyahətdən imtina etməyə başlayıblar. Onlar təyyarə biletlərini geri qaytarmaq üçün turizm şirkətlərinə müraciət edir, ödədikləri vəsaiti geri tələb edirlər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Koronavirusun zərər vurduğu turizm necə özünə gələcək – ekspert şərhi

Yaranmış vəziyyət turizm şirkətlərini də çıxılmaz vəziyyətdə qoyub. Çünki turizm şirkətləri müştərilərin geri qaytardığı uçuş biletlərinin pulunu aviaşirkətlərdən ala bilmir. Turistlər isə ödədiyi vəsaiti tam şəkildə tələb edir.

Sputnik Azərbaycan yaranmış problemin hansı şəkildə həll edilməli olduğunu, turistlərin ödədiyi vəsaitin hansı müddətdə, necə qaytarılacağını araşdırıb.

"Delta Travel" şirkətinin müdir köməkçisi Fəxri Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təsdiq edib ki, turistlər artıq kütləvi şəkildə biletləri geri qaytarmağa başlayıblar: "Bildiyiniz kimi koronavirusla bağlı sərhədlərin bağlanması, uçuşların təxirə salınması səyahətlərin də ləğv olunmasına, ertələnməsinə gətirib çıxardıb. Biz turistlərlə bununla bağlı danışıq aparıb vəziyyəti izah etmişik. Hazırda yaranmış problemin səbəbi nə biz, nədəki aviaşirkətlərdir. Pandemiya bütün dünyanı cənginə alıb. Uçuşları təkcə Azərbaycan yox, dünyanın əksər ölkələri təxirə salıb. İndi hamı gözləmə mövqeyindədir. Biz özümüz müştərilərlə onlayn danışıq aparırıq. Onlara izah etmişik ki, hazırda ölkəmizdə karantindir. May ayından ofisə gedərək müştəriləri qəbul edəcəyik. Bunu anlayışla qarşılayan müştərilər də olur, təyyarə biletinin pulunu tələb edənlər də. Aviaşirkətlər isə təyyarə biletlərinin pulunu dərhal geri qaytarmırlar. Onlar hələ məsələyə baxılması üçün 60 gün vaxt lazım olduğunu bildirirlər. Biz 60 gündən sonra aviaşirkətin biletin pulunu geri qaytarıb-qaytarmayacağını bilmirik. Çünki aviaşirkətlərin çoxu bileti vauçerə dəyişmək, bir il ərzində istifadə etmək kimi təkliflər irəli sürürlər. Müştərilər isə bu təkliflərlə razılaşmır, uçuş biletinin dəyərini tələb edirlər. Hazırda turizm şirkətləri demək olar ki, müştərilərlə aviaşirkətlərin arasında qalıb".

Həmsöhbətimiz deyir ki, əslində hazırki vəziyyət fors-major halı hesab olunduğundan, aviaşirkətlər geri qaytarılan biletin pulunu müştəriyə qaytarmalıdırlar: "Başa düşürük ki, aviaşirkətlər də çətin vəziyyətdədir. Qanunlarda isə qeyd olunub ki, aviaşirkət daşınmayan sərnişinin pulunu geri qaytarmalıdır".

Qeyd edək ki, hələ bir müddət öncə "Azərbaycan Hava Yolları" aviaşirkəti və aşağı büdcəli "Buta Airways" aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilməsi barədə açıqlama yaymışdı. Məlumatda qeyd olunurdu ki, koronavirus infeksiyası ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib. 

Янардаг – Горящая года - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm müəssisələrinə giriş qadağan olundu
Həmçinin sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və "Buta Airways" aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilirdi: "Yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır. Biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur. Hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər. Eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir. Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: "AZAL" aviaşirkətinin "Economy Flex" tarifi və "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin "SUPER" tarifi. Bu halda, sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

- əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

- uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar AZAL və "Buta Airways" aviaşirkətlərinin "Economy Flex" və "SUPER" tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur".

Rəna Kərimova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar

Məlumatda o da qeyd olunurdu ki, aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə turizm agentliyinin satış kassalarına müraciət etmək xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaq. Hazırda isə əks vəziyyət müşahidə olunur.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ilə bağlı əksər hava yolları artıq bir müddətdir ki, karantin bitənə qədər bir çox ölkələrə uçuşları ləğv edib: "Bu səbəbdən əvvəlcədən bilet alan vətəndaşlar səfərlərini təxirə salaraq aviabiletlərini qaytarırlar. Adətən bir çox turizm şirkəti belə hallarda aviabiletlərin qaytarılmasında və pulun geri ödənilməsində müştəriyə dərhal yardım göstərirdi. Təəssüflə qeyd etməliyik ki, hazırda satışların olmaması səbəbindən şirkətlər operativ formada pulları müştərilərə geri qaytarmaqda çətinliklərlə üzləşiblər. Hazırda bir neçə aviaşirkət biletlərin qaytarılmasına icazə verib, lakin pulların qaytarılması bir neçə müddət çəkə bilər. Digər aviaşirkətlər də var ki, alternativ olaraq bir il ərzində bu biletdən istifadə və ya eyni məbləğə uçuş vauçerlərindən istifadə imkanları təklif edir. Bu beynəlxalq təcrübədir və hazırda aviaşirkətlər tərəfindən də istifadə olunur".

Xəbər lenti
0