Azər Allahverənov: “Hazırkı vəziyyətdə zərərin həcmini söyləmək çətindir”
“Bu gün pandemiya iqtisadiyyatın bir çox sahələrinə zərər vurub və bizim turizm sektoru da bundan əziyyət çəkir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
Ekspert bildirib ki, hələlik turizmə dəyən zərərin vahid qiymətləndirilməsi aparılmayıb: “Düşünürəm ki, aidiyyatı qurumlar və özəl sektor bu qiymətlənidirilmənin aparılması və zərərin aradan qaldırılması üçün işlər görəcəklər. Çünki hazırkı vəziyyətdə zərərin həcmini söyləmək çətindir. Bu gün turizm infrastrukturu bir çox məsələlərdə dövlətin yanındadır. Mən bilirəm ki, dövlətin də turizm sektoruna güzəştlərin və yardımların edilməsi ilə bağlı yanaşması var”.