CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nura Suri qalmaqallı statusu ilə aləmi bir-birinə qatdı - Bundan sonra susacaq

© © Courtesy of Nura SuriНура Сури
Нура Сури - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni status yazaraq təhqir olunduğunu bildirdi, “cəmiyyətdə qanmaz adamlar çoxdur” deyib, özü təhqir etdi

BAKI, 11 aprel — Sputnik. “Mən və ailə üzvlərim martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var. Hansılar ki, restoran və şadlıq evlərində, salonlarda çalışıb günlük pul qazanırdılar, qazancsız qalıblar. İllərdir baxdığım ailələr var. Hansılar ki, mütəmadi olaraq hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm”.

Möminə-Xatun türbəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sevgidən yaranan gözəllik: o, Şərqdə Azərbaycan qadınının statusunun ilk təsdiqidir

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşımında qeyd edib. Müğənni son zamanlar insanlar tərəfindən edilən xeyirxahlıq aksiyalarına toxunaraq, buna münasibətdən təəssüfləndiyi  bildirib: “Mənim və valideynlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik. Boşanmış, üç uşaqlı tək qadınam. Özüm qazanıb uşaqlarımı böyüdürəm. Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacam. Cəmiyyətimizdə əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur! Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərini bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır? O biri deyir, özlərini reklam edirlər və s.”

N.Suri işsiz vətəndaşlara veriləcək 190 manatla bağlı da öz münasibətini bildirib: “190 manat ala bilmirsiniz deyə, hər gün statuslar yazırsınız. Mən də sizə təklif etdim ki, belədirsə, tüpürün o pula. Onsuz da o pulla yaranız sağalmaz. İndi də başlamısınız şərhlərdə məni təhqir etməyə. Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız. Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz”.

Xəbər lenti
0