BAKI, 11 aprel — Sputnik. Mayın 1-dən sənaye balıq ovuna qadağa tətbiq olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Rəisi Hikmət Əlizadə məlumat verib.
O bildirib ki, qadağanı pozanlar ən sərt qaydalarla cəzalandırılacaqlar: "Hər vətəndaş 5 kiloqrama qədər balıq tuta bilər. Amma tövsiyə edirik ki, onlar da kürülümə dövründə balıq ovunu azaltsınlar. Qadağaların olunması kütləvi şəkildə ovlanan balıq ovuna aiddir. Bir vətəndaş il ərzində 2 kiloqramdan bir az artıq balıq istifadə edir. Xüsusi olaraq indi elə müəssisə yoxdur ki, sırf balığı yetişdirib dənizə buraxsın. Balıqların yetişdirilməsi işi ilə Ekologiya Nazirliyinin müvafiq strukturu məşğul olur. 600 akvakultura müəssisəsi qeydə alınıb".
Hikmət Əlizadə deyib ki, ekologiyanın mühafizəsində dövlət və vətəndaş həmrəyliyi vacibdir.