CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Könlü balıq istəyənin... dili gərək iti ola

© AP Photo / Rodrigo AbdРыбаки, фото из архива
Рыбаки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq"

BAKI, 24 yanvar — Sputnik. "Gizli deyil ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var. Brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır".

Массовый лов красной рыбы, фото из архива - Sputnik Azərbaycan
Xəzər sahilinin sintetik torlardan təmizlənməsi məqsədilə növbəti reyd keçirilib

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir. Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Bu səbəbdən də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var.

"Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq. Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə son qoysunlar. Bu gün hamımızın üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlanmasına qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək", - deyə İbrahimova vurğulayıb.

Xəbər lenti
0