Ermənistanda daha iki nəfər koronavirusdan öldü

© REUTERS / STRINGERErmenistan koronavirüs
Ermenistan koronavirüs - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində ölkədə virusa yoluxanların sayı daha 29 nəfər artıb. Xəstəlikdən ölənlərin sayı isə 13 nəfər olub

BAKI, 11 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 966-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin yaydığı məlumatda bildirilib.

Ситуация в связи с эпидемиологической обстановкой в Испании  - Sputnik Azərbaycan
Koronavirusa yoluxanların sayı 1,7 milyona çatır

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində yoluxanların sayı daha 29 nəfər artıb.

Bundan əlavə, Ermənistanda koronavirusdan daha iki nəfər ölüb. Bununla da ölənlərin sayı 13-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,6 milyonu keçib, 102 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0