Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionat başlamasa, bu, klublar üçün faciə olacaq

© © REUTERS/Guglielmo MangiapaneÇempionlar Liqası yeni topu
Çempionlar Liqası yeni topu - Sputnik Azərbaycan
Abunə olmaq
Azarkeşsiz oynanacaq matçlara buraxılacaq şəxslərin sayı 239 nəfərdən çox olmamaqla qəti müəyyənləşdirilib

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. May ayında bərpası gözlənilən futbol üzrə Almaniya çempionatlarının keçirilmə şərtləri bəlli olub. Sputnik Azərbaycan  xəbər verir ki, bununla bağlı detalları “Bild” nəşri açıqlayıb.

Məlumata görə, ilkin mərhələdə çempionatın 30 iyunda başa çatdırılması nəzərdə tutulub. Bundesliqa hətta oyunların apreldə bərpası ilə bağlı optimal variant da irəli sürüb. Birinci və ikinci bundesliqada çıxış edən 36 klubun hamısı çempionatın bərpası ilə bağlı şərtlərlə məlumatlandırılıblar.

Qeyd olunur ki, hər şeydən əvvəl oyunlar azarkeşsiz keçiriləcək. Matçlara buraxılacaq şəxslərin sayı 239 nəfərdən çox olmamaqla qəti müəyyənləşdirilib. Bu siyahıya ilkin olaraq 4 hakim, 40 futbolçu, 16 məşqçi, 3 anditopinq əməkdaşı, 6 tibb işçisi, 5 fotoqraf, 10 təhlükəsizlik xidməti əməkdaşı, 36 TV işçisi daxildir. Bundan başqa, stadionun ərazisində 50 mühafizəçi xidmət edəcək.

Klub nümayəndələri və fəxri qonaqlar da daxil olmaqla ümumi say 239 nəfərdən çox olmamalıdır.

Xatırladaq ki, birinci Bundesliqada 25 tur oynanılıb. Çempionatın başa çatmasına 9 tur qalıb.

İspaniya La liqası da çempionatın başlaması ilə bağlı müzakirələrə start verib. Federasiya rəhbəri Xavyer Tebas açıqlamasında bildirib ki, yaxşı halda 28 may tarixində yaşıl meydanlara qayıtmaq mümkündür. Bundan öncə 26 apreldə məşqlərə start verilməsi nəzərdə tutulur.

Federasiya rəhbərinin açıqlamasına görə, əgər çempionat başlamasa, bu, klublar üçün faciə olacaq. Belə ki, klublar 1 milyard avro ziyana düşəcək.

Xəbər lenti
0