BAKI, 9 aprel — Sputnik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) oyunların keçiriləcəyi 12 şəhərlə Avropa çempionatının matçlarını müzakirə edəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Cümə axşamı Daily Mail nəşri futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərin sayının azaldıla biləcəyini xəbər verib.
"Avropa çempionatının 11 iyun-11 iyul 2021-ci il tarixləri arasında eyni qrafik üzrə və eyni şəhərlərdə keçirilməsi nəzərdə tutulur. Lakin bu mərhələdə matçların cədvəli rəsmi olaraq təsdiqlənməyib. UEFA bu məsələ ilə bağlı oyunların keçiriləcəyi on iki şəhərlə əlaqə saxlayır və sonrakı elanlar müvafiq vaxtda veriləcək", - deyə UEFA-nın mətbuat xidməti bildirib.
Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində iyun ayının 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.