CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur futbolçu peyvəndə qarşı çıxdı: "Bura sizə oynamaq yeri deyil!"

© AP Photo / Dmitri LovetskyСамюэль Это′О, фото из архива
Самюэль Это′О, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Niyə də bu testləri Afrikada keçirməyək? Orada maska, müalicə vasitələri yoxdur, reanimasiya tədbirləri görülmür"

BAKI, 4 aprel — Sputnik. "Barselona" və "Anji" komandalarının keçmiş forvardı Samuel Eto`O koronavirusdan müdafiə üçün vərəm əleyhinə BCG peyvəndinin Afrika sakinləri üzərində test edilməsinə qarşı çıxıb.

Sputnik Azərbaycan bildirir ki, peyvənd ideyasını professorlar Jan Pol Mira və Kamil Loxt Fransanın LCI telekanalının efirində səsləndiriblər.

"Niyə də bu testləri Afrikada keçirməyək? Orada maska, müalicə vasitələri yoxdur, reanimasiya tədbirləri görülmür. Bu, QİÇS-lə mübarizə çərçivəsində aparılan tədqiqatlara bənzəyərdi. Biz fahişələr üzərində testlər aparırıq, çünki onlar qorunmurlar və xəstəliklərə məruz qalırlar", - Mira deyib.

"Düz deyirsiniz. Biz indi paralel olaraq Afrikada bu cür tədqiqat aparmaq haqda düşünürük", - Loxt cavabında deyib.

"Siz sadəcə ... (söyüş - red.) Afrika sizin üçün oyun meydançası deyil", - deyə verilişdən bir hissəni sosial şəbəkədə paylaşan Eto`O söyüb.

Публикация от Samuel Eto'o (@setoo9)

Xəbər lenti
0