Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Çin Rusiyaya neft müharibəsində qalib gəlməyə kömək edəcək

© REUTERS / ESSAM AL-SUDANIРабочий в защитной маске на нефтяном месторождении, фото из архива
Рабочий в защитной маске на нефтяном месторождении, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış bu çətin vəziyyətdə neft müharibəsində ən yığcam satış bazarları olan ölkənin qələbə qazanmaq şansı daha yüksəkdir

BAKI, 2 aprel – Sputnik, Maksim Rubçenko. Çinin neftayırma şirkətləri aprel ayında bir milyon tondan artıq Rusiya neftinin tədarükü üçün müqavilələr bağlayıblar. ÇXR iqtisadiyyatı koronavirus epidemiyasından sonra bərpa olunur, müəssisələr işə davam edir və ölkədə yanacağa tələbat artır. Bu, rusiyalı neftçilər üçün dünya bazarında qiymət müharibəsində uğurun əsas amili ola bilər.

Səmaaltı imperiya dirçəlir

 Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bahalı neft nə vaxt qayıdacaq?

Pandemiyanı cilovlayandan sonra Pekində iqtisadiyyatı dəstəkləmək üçün bir sıra tədbirlər həyata keçirilib. Vergiləri, kreditlər üzrə faiz dərəcələrini aşağı salıblar. Çin Xalq Bankı bazara 1,2 trilyon yuan (170 milyard dollardan çox) həcmində əlavə likvidlik çıxarıb, Maliyyə Nazirliyi isə yerli hakimiyyət orqanlarına məqsədli istiqrazları infrastruktur layihələrə buraxmağa icazə verib.

Nəticədə, ÇXR-in Milli Statistika Bürosunun çərşənbə axşamı verdiyi məlumata görə, təchizat menecerlərinin rəsmi indeksi fevral ayında rekord həddə - 35,7-yə düşdükdən sonra, mart ayında 52-yə yüksəlib (50-dən çox, yəni iqtisadi fəallıq güclənir).

İstehsalatda indeks, demək olar ki, iki dəfə - 27,8- dən 54,1-ə qədər, yeni ixrac sifarişlərində - 28,7-dən 46,4-ə qədər artıb. Faktiki olaraq, idxal satınalmalarının azalması dayandırılıb - bir ay ərzində indeks 31,9-dan 48,4-ə yüksəlib.

Çünki işə qayıdan müəssisələr xammal və hazır məhsulların daşınması üçün ilk növbədə elektrik enerjisi və yanacaq tələb edir. Üstəlik, Pekin büdcə xərclərinin optimallaşdırılması çərçivəsində günəş və külək elektrik stansiyalarına subsidiyaları ləğv etmək niyyətindədir — bərpa olunan enerji müstəqil şəkildə "yaşamalı" olacaq.

Çin hökuməti artıq Vaşinqtonla yeni ticarət razılaşmasına əməl etməyə hazır olduğunu nümayiş etdirmək üçün yanacağa tələbatın bərpasından istifadə edib və il ərzində ilk dəfə olaraq Amerika sıxılmış qazını tədarük etdiyini açıqlayıb. Lakin enerji daşıyıcılarının əsas həcmi əvvəllər olduğu kimi, Rusiyadan daxil olacaq.

Belə ki, aprel ayında yerli şirkətlər Çinə fevral ayına nisbətdə iki dəfə çox - 540 min tondan artıq xammal göndərəcəklər (mart ayında Çin neft emalçıları 700 min ton alıblar).

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Rəy: Tramp hər şeydən çox neft müzakirələri ilə maraqlanır

Belə qalib gələcəyik

Bütün bunlar dünya neft bazarında Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın qarşıdurmasında əsas amil ola bilər. Xatırladaq ki, aprelin 1-dən OPEK+ razılaşması işləmir və indi hər bir ölkə özü üçün hasilatın və ixracın optimal həcmini müəyyən edir.

Səudiyyə Ərəbistanı dünya bazarlarında payını genişləndirmək ümidi ilə açıq dempinqə keçdi. Ər-Riyad bəyan edib ki, aprel ayında ixracı gündə üçdə birədək - 12,3 milyon barel artıracaq və qiyməti kəskin şəkildə aşağı salaraq, Avropaya Brent növünün birja qiymətindən 10,25 dollar ucuz neft təklif edib.

"Energetika Nazirliyi Saudi Aramco-ya növbəti ay ərzində sutkada 12,3 milyon barel neft tədarükünü davam etdirməyi tapşırıb", - deyə Səudiyyə Ərəbistanı hökuməti bildirib.

Nəticədə martın 30-da, OPEK+ müqaviləsinin son günündə Brent on səkkiz ildə ən minimum həddə çatıb - barrel başına 22,58 dollar. Bu, Rusiya büdcəsinə qoyulan vəsaitdən iki dəfə azdır və Səudiyyə Ərəbistanının dövlət büdcəsinin zərərsizlik səviyyəsindən, demək olar ki, dörd dəfə aşağıdır.

Lakin Ər-Riyadın dünyanı ucuz neftlə doldurmaq planları gözlənilməz maneə ilə üzləşdi — Avropa və ABŞ-da neftayırma zavodları dempinqə baxmayaraq, əlavə satınalmalardan imtina edirlər.

Нефтяное месторождение в Северном море, Норвегия - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Bazar həzm edəcəkmi?" Norveç neft hasilatını artırmaq istəyir

Məsələ burasındadır ki, koronavirus epidemiyası səbəbindən yanacağa tələbat çöküb və bütün anbarlar satılmamış neftlə doludur. Əlavə neft almağın yeri yoxdur.

Bundan əlavə, bəzi Amerika şirkətləri artıq xammalı mənfi qiymətlərlə satırlar. Xüsusilə, Mercuria, 30 mart tarixində qiymət siyahısında, Asphalt Sour (bitum istehsalında istifadə olunan qatı neft) növünün qiymətini belə göstərdi: 1 barel üçün mənfi 0,49 dollar.

Neft treyderləri hesab edirlər ki, neft emalı zavodlarından və magistral boru kəmərlərindən uzaqda yerləşən yataqlardan hasil edilən bütün xam neft mənfi zonaya gedəcək.

Yaranmış bu çətin vəziyyətdə neft müharibəsində ən yığcam satış bazarları olan ölkənin qələbə qazanmaq şansı daha yüksəkdir. Rusiya Çinə əsas neft tədarükçüsü olaraq ən yaxşı vəziyyətə düşür və rəqiblərə şərtləri diktə etmək imkanı əldə edir.

Xəbər lenti
0