Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalı neft nə vaxt qayıdacaq?

© AP Photo / Craig Ruttle Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива
 Трейдеры во время работы на Фондовой бирже в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Neftin qiymətinin proqnozlaşdırılması zəhmətə dəyməyən bir işdir. Əlbəttə ki, yeni saziş haqqında düşüncələr insana xoş gəlir. Lakin mənfi ssenarinin mümkünlüyü haqqında da unutmaq lazım deyil.

BAKI, 1 aprel — Sputnik. Neftin gələcək qiymətlərinin müzakirəsi hələ də aktual olaraq qalır. Əlbəttə ki, tələbin hazırda düşdüyü bir şəraitdə qiymətlər heç bir tələb-təklif balansını əks etdirmir. Qlobal tələbatın azalmasına dair dəyərləndirilmələr isə bir-birindən çox fərqlənir. Hələ son günlərədək proqnozlarda tələbatın aprel ayında sutkada 15-20 milyon barel, yəni gündəlik dünya istehlakının təxminən 15-20 faizi qədər düşəcəyi deyilirdi. İndi isə söhbət sutkada 25 milyon bareldən gedir. Bu fonda neft ehtiyatlarındakı boş yerlərin neçə həftə və ya neçə aya dolacağı artıq müzakirə obyektinə çevrilib.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Rəy: Tramp hər şeydən çox neft müzakirələri ilə maraqlanır

Yeni reallıqda qiymət müharibəsindən və neft hasilatının ciddi şəkildə artırılmasından (OPEC+ sövdələşməsi pozulandan sonra bəzi hasilatçılar belə bəyanatlar veriblər) danışmaq artıq mümkün deyil. Bundan əlavə, hasil edilmiş əlavə neft həcmlərini satmaq çətin olacaq və ümumiyyətlə, cari şəraitdə belə addımlar yersizdir.

Lakin eyni zamanda təklifin də ani şəkildə azalmasını gözləmək olmaz. Haradasa iştirakçılar bazar payını hələ də saxlayırlar, haradasa texnoloji prosesləri dayandırmaq asan deyil.

Bu arada OPEC+ sazişinin dağılması səbəbləri artıq daha az müzakirə olunur. Çünki koronavirus kartları qarışdırdı. Və bunun fonunda kimin haqlı olduğunu, kimin günahkar olduğunu anlamaq asan deyil, ən əsası isə bu, artıq elə də vacib deyil.

Xatırladaq ki, martın əvvəlində Səudiyyə Ərəbistanı hasilatı əlavə olaraq sutkada 1,5 milyon barrel azaltmağı israr edirdi. Bu isə sazişin dağılmasına səbəb oldu. Lakin aydındır ki, neft tələbatında hazırda müşahidə etdiyimiz azalmanı heç bir saziş kompensasiya edə bilməzdi.

Bununla belə, istənilən halda neft bazarının sabitləşdirilməsi məsələsi hələ də gündəmdədir. Və qismən paradoksal olsa da iri istehsalçılar arasında yeni razılaşma, bəlkə də, bir ay əvvəl olduğundan daha çox aktual olub. Sadəcə ona görə ki, başqa yolla qiymətləri qısa müddətdə düzəltmək mümkün deyil.

Müşahidəçilər qeyd edirlər ki, neft hasilatçıları arasında qlobal razılaşma olmadan hətta yaxın həftələrdə karantin tədbirləri başa çatsa belə, qiymətlərin əvvəlki səviyyəyə bərpası baş verməyəcək.

Bəs hadisələr necə inkişaf edəcək?

Nəzəriyyədə iki variantımız var. Birincisi, yüksək hasilat və aşağı qiymətlərin əvəzinə investisiya çatışmazlığı və defisit gələcək. İkincisi, OPEC, OPEC+ və ya daha geniş koalisiya çərçivəsində mümkün tənzimləyici mexanizmlər tətbiq ediləcək.

Нефтяное месторождение в Северном море, Норвегия - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Bazar həzm edəcəkmi?" Norveç neft hasilatını artırmaq istəyir

Bu yaxınlarda bizim də müzakirə etdiyimiz arzuolunan, lakin hələ də hipotetik olan ssenari deyəsən reallığa çevrilir. Xatırladaq ki, bazar ertəsi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığında energetika nazirlərinin xətti ilə neft bazarı ilə bağlı məsləhətləşmələr aparmaq razılığına gəliblər. Texaslı neftçilər isə Dəmir Yolu Komissiyasını (bu qurum faktiki olaraq ştatın neft bazarının tənzimləyicisidir) qara qızılın hasilatına qoyulan məhdudiyyətləri nəzərdən keçirməyi xahiş ediblər.

Həqiqətən də tələbin azalmasından yaranan şokun miqyası misilisizdir. Neftin qiyməti artıq 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində müşahidə olunan səviyyəyə düşüb.

Bir çox şirkətlərdə isə hətta əməliyyat xərcləri cari neft qiymətilərindən aşağı düşüb. Bəs belə şirkətlər vəziyyətə necə reaksiya versinlər? Hasilatı dayandırsınlar və qiymətlər yenidən lazımı səviyyəyə (deyək ki, 30 dollara) qalxan kimi dərhal hasilatı bərpa etsinlər? Yoxsa zərərlə işləsinlər? Şirkətlər artıq gələcək investisiyaların on milyardlarla dollar azaldığını elan ediblər.

Bir ay əvvəl geriyə qayıdaq və OPEC+ sövdələşməsinə dair əsas narazılığın nə ilə bağlı olduğunu xatırlayaq. Əsas narazılıq o idi ki, saziş iştirakçıları neftin qiymətini yüksək səviyyədə saxlamaq üçün (bir barrelə 60-65 dollar) hasilatı azaltmaqla əslində bazar payını digər hasilatlçılara, ilk növbədə isə amerikalı istehsalçılarına verirdilər.

Müşahidəçilərin bir qismi məhz buna görə sövdələşməni tənqid edirdi. Digər müşahidəçilər isə deyirdi ki, hasilatda xırda ixtisarlar böyük gəlir əldə etməyə imkan verir və bundan hələ ki istifadə etmək lazımdır.

Bu vəziyyətdə isə açıq şəkildə görünür ki, kompromis və "qızıl məxrəc", yəni əsas hasilatçılar arasında sazişin saxlanması imkanı əldən verilib.

Yekunlaşdıraq.

Koronavirus neftə olan tələbatın misilsiz şəkildə çökməsinə səbəb olub. Lakin hazırkı vəziyyətin bütün aşkar mənfi cəhətlərinə baxmayaraq, hər kəsə razılığa gəlmək üçün unikal bir imkan yaranıb.

Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Neft müharibəsi: ABŞ əsas qadağanı pozdu

Cari hadisələrin fonunda bütün bazar iştirakçıları narahatlıq hiss edəcəklər. Şist neft hasilatı da təzyiq altındadır. İri neft korporasiyaları artıq kapitallaşmanın yarıdan çoxunu itiriblər və öz investisiya proqramlarını yenidən nəzərdən keçirirlər. Yeri gəlmişkən maye təbii qaz istehsalı da zərbə altında qalıb. Bu günlərdə "Shell" Amerikanın "Lake Charles" maye təbii qaz istehsalı layihəsindən çıxdığını elan edib.

Koronavirus hasilatın ixtisar miqyası haqqında köhnə mübahisələri sanki sıfırladı. Lakin sövdələşmədə iştirak etməyən neft hasilatçılarının yüksək qiymətlərdən faydalanması problemi hələ də qüvvədə qalır.

Yeni şəraitdə minimum proqram "böyük üçlük", yəni Rusiya, OPEC və ABŞ arasında razılaşmanın əldə edilməsidir. Maksimum proqram isə digər hasilatçıların, bəlkə də, ölkələr vasitəsilə deyil, konkret şirkətlər vasitəsilə razılığa cəlb olunmasıdır.

Lakin neftin qiymətinin proqnozlaşdırılması zəhmətə dəyməyən bir işdir. Əlbəttə ki, yeni saziş haqqında düşüncələr insana xoş gəlir. Lakin mənfi ssenarinin mümkünlüyü haqqında da unutmaq lazım deyil. Neft elə bir mövzudur ki, burada hadisələrin həm müsbət, həm də mənfi istiqamətdə inkişafının ən müxtəlif variantlarını nəzərə almaq lazım gəlir. Qara qızıl qiymətinin 1998-ci il səviyyəsinə düşməsi bunun əsl nümunəsidir. Axı, hələ bir ay bundan əvvəl belə bir şey ağlasığmaz görünürdü.

Xəbər lenti
0