Narkotiklər və koronavirus: ABŞ nəhəng əməliyyata başlayır

© AFP 2024 / ANDREW CABALLERO-REYNOLDSСотрудник полиции в США, фото из архива
Сотрудник полиции в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon rəhbəri Mark Esper isə deyib ki, əməliyyat narkotik kartelləri ilə yanaşı, Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə qarşı da yönələcək

BAKI, 2 aprel — Sputnik. ABŞ kartellərin koronavirusun yayılması ilə bağlı vəziyyətdən istifadə edə bilməməsi üçün qərb yarımkürəsində narkotiklər əleyhinə genişmiqyaslı əməliyyata başlayır. Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp deyib.

"Biz narkotik kartellərinə pandemiyadan amerikalıların həyatını təhdid etmək üçün istifadə etmək imkanı verməməliyik", - Tramp jurnalistlərə bildirib.

Рабочий в защитной маске на нефтяном месторождении, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Çin Rusiyaya neft müharibəsində qalib gəlməyə kömək edəcək

Ağ Ev rəhbərinin sözlərinə görə, bunun üçün Birləşmiş Ştatlar müxtəlif nöqtələrə əlavə gəmilər, təyyarələr və helikopterlər göndərəcək.

"Cənubi komandanlıq 22 ölkə ilə əməkdaşlıq edərək narkotik maddələrin aşkar edilməsi, ələ keçirilməsi və tədarükünün qarşısının alınması üzrə əməliyyatları genişləndirəcək", - amerikalı lider bildirib.

Venesuelanın ünvanına təhdidlər

Pentaqon rəhbəri Mark Esper isə deyib ki, əməliyyat narkotik kartelləri ilə yanaşı, Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə qarşı da yönələcək.

Belə ki, bir qədər öncə "Reuters" agentliyi Tramp administrasiyasının Maduro və onun müttəfiqlərinə təzyiq göstərmək məqsədilə Venesuelanın yaxılığında hərbi gəmiləri yerləşdirəcəyinə dair xəbər verib.

Esper bildirib ki, Maduro kökuməti "repressiv hakimiyyətini qorumaq üçün narkotik satışından əldə edilən mənfəətə güvənir". Maduronun ünvanına analoji ittihamları Baş prokuror Uilyam Barr və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen da səsləndiriblər.

 

Xəbər lenti
0