BAKI, 1 aprel — Sputnik. AVRO-2020-nin pley-off oyunlarının tarixi dəyişdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.
Quruma üzv olan 55 milli assosiasiyanın baş katibi ilə bugünkü videokonfransda yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib. İyunda keçirilməsi nəzərdə tutulan görüşlər sentyabra salınıb.
Bundan əvvəl pley-off görüşlərinin 26-31 martda keçirilməsi nəzərdə tutulurdu. Daha sonra oyunların tarixi 4-9 iyun tarixinə keçirildi. İndi isə görüşlərin 3-8 sentyabrda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, UEFA yığmaların iyundakı yoldaşlıq görüşlərini ləğv edib.
Pley-off oyunları
A liqası
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B liqası
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C liqası
Şotlandiya - İsrail
Norveç - Serbiya
D liqası
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo